SUMQAYITDA ƏLİ İNSANOVUN MÜDAFİƏÇİSİ RİZVAN TALIBOVUN MÜHAKİMƏSİ BAŞLAYIB
2007-09-12 – 18:11:00
Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Təranə Xəlilovanın sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbovun mühakiməsi başlayıb.
«Media forum» saytına bu haqda məlumat verən vəkil Müşfiq Şirinovun sözlərinə görə, ilk prosesdə zərərçəkən İlham Şərifov dindirilib və o, ilkin istintaqa verdiyi ifadəni təsdiqləyib: «Rizvan Talıbov isə təqsirkar olduğunu qəti surətdə rədd edib».
Hakim T.Xəlilova şahidlər iştirak etmədiyinə görə prosesi sentyabrın14-ü saat 15.30-dək təxirə salıb.
Vəkil müdafiə etdiyi şəxsin səhhətinin normal olduğunu, özünü yaxşı hiss etdiyini bildirib.
Xatırladaq ki, bu il aprelin 21-də Sumqayıt Şəhər Məhkəməsində R.Talıbov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsinə əsasən 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
R.Talıbov aprelin 19-da Sumqayıt sakini İlham Şərifovu döyməkdə günahlandırılır.
«Media forum»
Əvvəlki məqalə: ACLIQ AKSİYASINA BAŞLAYAN ÖMÜRLÜK MƏHBUSLAR ALİ MƏHKƏMƏNİN SƏDRİYLƏ GÖRÜŞMƏK TƏLƏBİ İRƏLİ SÜRÜBLƏR
Sonrakı məqalə: QOBUSTAN HƏBSXANASINDA 4 MƏHBUS ACLIQ AKSİYASINI DAVAM ETDİRİR