Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Astaranın Ərçivan kəndində etiraz aksiyası

Mirzə Xəzər 01 Sen 2007

no comments

1 sentyabr 2007


Dünən (avqustun 31-də) Astara rayonunun Ərçivan kənd sakinləri etiraz aksiyası keçiriblər. Kənd sakinlərinin “Azadlıq” qəzetinə verdikləri məlumata əsasən etiraz aksiyası bir saaatdan artıq davam edib.
Məsələ burasındadır ki, dünən günorta saat 12-də Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, rayon polis şöbəsinin rəisi Vüqar Məmmədyarov və rayonun rəhbərliyini təmsil edən başqaları uçan binanın dağıntıları altında qalaraq həlak olan və iki gün əvvəl dəfn olunan kənd sakini Razi Imaməliyevin hüzr mərasimində iştirak etmək üçün kəndə gəliblər: “Kənddə belə xəbərlər yayılmışdı ki, həlak olanların cəsədlərinin axtarışı rəsmən dayandırılıb və uçqunun qalıqlarını artıq buldozerlərlə hamarlayırlar. Buna görə də həlak olan kənd sakinlərinin qohumları rəsmi şəxslərə hücum etdilər, onlardan hesabat istədilər. Polis rəisi Vüqar Məmmədyarov cib telefonu ilə Bakıdakı rəsmi şəxslərlə əlaqə saxladı. O, söhbət etdiyi rəsmi şəxslərin ”Belə şey yoxdur. Axtarışldar davam etdirilir" söylədikləri barədə izdihama məlumat verdi.
Yalnız bundan sonra bir saatdan artıq çəkən etiraz aksiyası dayandırıldı.
Ictimaiyyətə artıq məlumat verilib ki, Murtuza Muxtarov, 184 ünvanında uçan binada Astara rayonunun Ərçivan kəndinin 20-dək sakini çalışıb. Onlardan 3 nəfərinin - 1981-ci il təvəllüdlü Emil Seyfulla oğlu Ibrahimov, 1968-ci il təvəllüdlü Arif Məhərrəm oğlu Feyziyev və 1977-ci il təvəllüdlü Habil Məhərrəm oğlu Feyziyevin cənazəsi srağagün, 1982-ci il təvəllüdlü Sakit Adil oğlu Feyziyevin və 1978-ci il təvəllüdlü Razi Elsevər oğlu Imaməliyevin cənazəsi isə dünən kənd qəbristanlığında dəfn olunub. Hazırda dağıntılar altında qalmış Ərçivan kəndinin daha 3 sakini - Rəvan Ilyas oğlu Ağayev, Seymur Nəcəfəli oğlu Hüseynov və Nəzər Fərman oğlu Nəzərovun axtarışları davam edir.

("Azadlıq" qəzeti)

Əvvəlki məqalə: “Gedin prezidentinizə cinayət işi açın”_Əli Insanov Əliyevlər hakimiyyətini quldur adlandırdı

Sonrakı məqalə: Aydın Şıxəliyev: Korrupsiya rejiminin xarabalıqları

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3103

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin