Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Cənubda milli fəallar arasında yeni həbslər

Mirzə Xəzər 30 Avq 2007

ZƏNCANDA YENİ HƏBSLƏR: MİLLİ FƏALLARDAN SƏİD MƏTİNPURUN QARDAŞINI, HƏSƏN SƏFƏRİNİN HƏYAT YOLDAŞINI TUTUBLAR 2007-08-30 – 19:23:00

Güney Azərbaycanın Zəncan şəhərindəki milli fəallara qarşı təzyiqlərin artması barədə yeni məlumatlar yayılmaqdadır.

«Media forum» saytına güney mənbələrindən daxil olan məlumata əsasən, mülki geyimli ETTELAAT əməkdaşları Tehranın Evin zindanında saxlanan zəncanlı milli fəal Səid Mətinpurun qardaşı Əlirzanı və digər məhbus fəal Həsən Səfərinin həyat yoldaşı Leyla Heydərini tutaraq naməlum istiqamətə aparıblar. Yayılan xəbərlərə görə, bu iki milli fəaldan yalançı etiraflar almaq üçün onlara işgəncələr verilir.

Ötən həftə Beynəlxalq Amnistiya Təşkilatı milli fəallar Səid Mətinpur və Həsən Səfəri barədə bəyanat yayaraq İran hökumətindən onların dərhal azadlığa buraxılmasını tələb edib.

«Media forum

Əvvəlki məqalə: "Media Hüququ İnstitutu" həbsdə olan jurnalistlərin işgəncəyə məruz qalmasına dair iddialarla əlaqədar bəyanat yayıb

Sonrakı məqalə: İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi yarandı