Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

"Media Hüququ İnstitutu" həbsdə olan jurnalistlərin işgəncəyə məruz qalmasına dair iddialarla əlaqədar bəyanat yayıb

Mirzə Xəzər 27 Avq 2007

no comments

"Media Hüququ İnstitutu"nun "Mirzə Xəzərin Səsi" internet qəzetinə göndərdiyi Press Relizə əsasən, Səbail və Yasamal rayon məhkəmələri işgəncəyə, qeyri insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüquqlarının pozulduğunu iddia edən məhbus-jurnalistlər Yaşar Ağazadə və Rövşən Kəbirlinin şikayətinə baxmaqdan imtina edib.

“Müxalifət” qəzetinin baş və şöbə redaktoru Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasının 85 saylı kamerasında saxlanılır. Azərbaycan prezidentinin əmisi, millət vəkili Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay müddətinə ən ağır cəzaya məhkum edilən məhbus-jurnalistlər iyul ayında Yasamal Məhkəməsinə göndərdikləri şikayətlərində qeyd ediblər ki, ümumi ərazisi 40 kv-metrə yaxın olan kameraya yerləşdiriliblər. Kamerada havanın dəyişməsi üçün heç bir avadanlıq quraşdırılmayıb, orda 24 çarpayı olsa, məhbusların sayı 30-a çatır, məhkumlar növbə ilə yatmağa məcbur olurlar. Havaların isti keçməsi, birmərtəbəli kameranın üstünün qırla örtülməsi, məhkumların sayının çoxluğu, onların əksəriyyətinin siqaret çəkməsi kameradakı atmosferi dözülməz edir. Tualet (unitaz) və yemək stolu normativlərə uyğun olmayan kamerada yaxınlıqda yerləşdirilib. Bundan əlavə jurnalistlərin vəkillərlə təklikdə və konfidensial görüşünə imkan verilmir.

Yasamal rayon Məhkəməsi Ədliyyə Nazirliyinə qarşı şikayət ərizəsini qərardadla geri qaytarıb. Məhkəmə istintaq təcridxanası müstəqil qurum olmasa da belə bir qənaətə gəlib ki, jurnalistlər Ədliyyə Nazirliyindən yox, təcridxana rəhbərliyinin hərəkətsizliyindən şikayət etməli idilər. Məhkəmə həmçinin arqument gətirmədən jurnalistlərin onlara vurulmuş mənəvi zərərlə bağlı mülki iddia qaldırmaq hüquqlarının olmadığıni deyib.
Qanunvericiliyə görə, məhkəmə cinayət prosesi iştirakçısının şikayətinə təxirə salmadan, şikayətin daxil olduğu 3 gün ərzində baxmalı, qərar çıxarmalıdır. Yasamal Məhkəməsi şikayətə uzun müddət ötdükdən sonra baxmaqla, qərar yox, qərardad çıxarmaqla ciddi prosessual pozuntulara yol verib.

Jurnalistlərin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edir. Yasamal Məhkəməsinin qərardadından şikayət verilib. Eyni zamanda insan ləyaqətini alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 Saylı İstintaq Təcridxanasına qarşı Səbail rayon Məhkəməsində iddia qaldırılıb. Jurnalistlər məhkəmədən saxlanma şəraitinin, habelə vəkillə konfidensial görüşlərinin təmin edilməməsinin qanunsuz hesab edilməsini, şikayətçilərin həbsdən azad edilməsini və hərəkətlərindən şikayət edilən orqandan – Ədliyyə Nazirliyinin 1 Saylı Istintaq Təcridxanasından vurulmuş mənəvi zərərə görə 100.000 manat alınaraq şikayətçilərə ödənilməsini nəzərdə tutan qərar çıxarmağı xahiş ediblər. Şikayət geri qaytarılsa da jurnalistlərin müdafiəçiləri yenidən məhkəməyə müraciət ediblər. Jurnaslistlərin şikayətinə baxılacağı tarix hələ dəqiqləşməyib.

BİZİMLƏ ƏLAQƏ:
Media Hüququ İnstitutu
Xalid Ağaliyev
Tel: ofis (+9912) 596 06 23; 596 14 96
mob 050 372 71 16
E mail: xaled_yes@yahoo.com
Web-site: www.mediarights.az

Əvvəlki məqalə: Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov avqustun 24-də şahid qismində dindirilib

Sonrakı məqalə: Cənubda milli fəallar arasında yeni həbslər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3099

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin