Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov avqustun 24-də şahid qismində dindirilib

Mirzə Xəzər 26 Avq 2007

no comments

NOVRUZƏLİ MƏMMƏDOVA AİLƏSİ İLƏ GÖRÜŞ VERİLƏ BİLƏR. MTN-də MƏHBUSUN MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİNƏ İRAD TUTUBLAR
2007-08-27 - 13:35:00


Hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan «Tolişi sədo» qəzetinin baş redaktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun bölmə müdiri Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov avqustun 24-də şahid qismində dindirilib. Bu barədə «Media forum» saytına məlumat verən H.Məmmədovun sözlərinə görə, dindirmə onun özü və rəhbərlik etdiyi müdafiə komitəsinin fəaliyyəti ilə bir növ tanışlıq məqsədi daşıyıb.

H.Məmmədov MTN-də ona bəzi iradlar tutulduğunu bildirir: «İrad tutuldu ki, Novruzəli Məmmədovun işiylə bağlı KİV-ə təqdim etdiyimiz və beynəlxalq ictimaiyyət arasında yaydığımız bir sira məlumat, müraciət və bəyanatlarda şişirtmələrə, emosiyalara, kifayət qədər əsaslandırılmamış məlumatların yayılmasına yer verirəm. Müstəntiqin fikrincə, bu, istintaq prosesinin real nəticələrinə uyğun gəlmir».

Müdafiə komitəsinin sədri müstəntiqlərə istintaq işinə müdaxilə etmək niyyətlərinin olmadığını deyib: «Bildirdim ki, hüquqlarını müdafiə etdiyimiz şəxsin polisə müqavimət adı ilə 15 sutkalıq ilk həbsi kimi xoşagəlməz macərasından tutmuş saxlanma vaxtının uzadılmasıyla bağlı məhkəmə proseslərinə qədər hüquq pozuntularına qarşı çıxmışıq, öz mülahizələrimizi söyləmişik».

H.Məmmədovun sözlərinə görə, sorğu-suala və müvafiq protokulun tərtibinə təxminən 4 saat vaxt sərf olunub: «Müstəntiqdən ayrılarkən yarı ciddi-yarı zarafat bildirdim ki, təcridxanada saxlanması uçün heç bir ciddi əsas olmadığından yaxın günlərdə Novruzəli müəllimin azad edilməsi barədə müvafiq qərar verəcəksiniz və bununla da ölkəmizin imicinə zərbə vuran bir məsələdən xilas ola biləcəyik».

Müdafiə komitəsi sədrinin bildirdiyinə görə, müstəntiq N.Məmmədovla ailəsinin görüşünə şərait yaradıla biləcəyini də vurğulayıb: «Məhkəmədə bizim iştirakımıza isə imkan verilməyəcəyi bildirildi».

Xatırladaq ki, Novruzəli Məmmədov və «Tolışi sədo» qəzetinin məsul katibi Elman Quliyev barəsində bu il fevralın ikinci ongünlüyündə həbs-qətimkan tədbiri seçilib. Sonradan iki dəfə - may və avuqust aylarında hər iki şəxs barəsində istintaq müddəti üç ay uzadılıb.

Rəsmən bəyan olunmamış məlumatlara görə, MTN-in təcridxanasında saxlanılan hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

«Media forum»

Əvvəlki məqalə: «Nota-Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu avqustun 25-də yenidən əməliyyat olunmaq üçün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə köçürülməlidir

Sonrakı məqalə: "Media Hüququ İnstitutu" həbsdə olan jurnalistlərin işgəncəyə məruz qalmasına dair iddialarla əlaqədar bəyanat yayıb

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3098

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin