Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«Nota-Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu avqustun 25-də yenidən əməliyyat olunmaq üçün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə köçürülməlidir

Mirzə Xəzər 24 Avq 2007

no comments

FƏRƏMƏZ NOVRUZOĞLUNUN MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB-KÖÇÜRÜLMƏYƏCƏYİ BİLİNMİR
2007-08-24 - 18:24:00


Hazırda 14 saylı cəzaçəkmə muəssisəsində saxlanılan «Nota-Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu avqustun 25-də yenidən əməliyyat olunmaq üçün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə köçürülməlidir. F.Novruzoğlunun həyat yoldaşı Tahirə Abdullayeva avqustun 24-də «Media forum»a açıqlamasında deyib ki, bu məsəlnin həlli Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən asılıdır.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə «Media forum»a F.Novruzoğlunun müalicə müəssisəsinə köçürülüb-köçürülməyəcəyi haqda hər hansı məlumatı olmadığını bildirib: «Əgər əməliyyat olunması vacibdirsə, köçürülmə mütləq olacaq. Amma onun müalicə müəssisəsinə sabah köçürülməsinə nə qədər ehtiyac olduğu barədə məndə məlumat yoxdur».

M.Sadıqov «Nota-Bene» əməkdaşının müalicə müəssisəsinə köçürülüb-köçürülməməsi barədə yalnız sabah dəqiq məlumat verə biləcəyini söyləyib.

F.Novruzoğlu bu ilin yanvarında 2 il 6 ay muddətinə azadlıqdan məhrum edilib. Ona qarşı daxili işlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş uzrə Dovlət Komitəsinin sədri Nazim İbarahimov şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəmə iddiası qaldıriblar.

Həyat yoldaşının bildirdiyinə görə, F.Novruzoğlu hələ həbs edilməzdən iki ay əvvəl bağırsağındankı problemlə bağlı əməliyyat olunub. Həbsxanada onun səhhətində yenidən problemlər yaranıb. Ötən həftə o, həbsxananın mualicə mərkəzində əməliyyat olunub. Xanımının dediyinə görə, həkimlər F.Novruzoğlunun yenidən, bu dəfə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində cərrahiyyə əməliyyatından keçməsinə ehtiyac olduğunu bildiriblər.


«Media forum

Əvvəlki məqalə: Mübariz Əhmədoğlu: Böhtan, saxtakarlıq və cəzasızlar üçbucağı

Sonrakı məqalə: Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov avqustun 24-də şahid qismində dindirilib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3097

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin