Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

GÜNEYDƏ MİLLİ FƏALLARA QARŞI TƏZYİQLƏRİN ARTDIĞI XƏBƏR VERİLİR

Mirzə Xəzər 21 Avq 2007

no comments


2007-08-21 - 18:20:00


Güney Azərbaycanda siyasi vəziyyətin son dərəcə gərginləşdiyi barədə məlumatlar gəlir. Söhbət milli fəalların kütləvi həbsi və təzyiq altına alınması barədə xəbərlərdən gedir.

«Media forum»a daxil olan məlumatlarda İrandakı son təzyiqlərə etiraz əlaməti olaraq bir sıra Azəbaycan ziyalılarının, o cümlədən yazıçı və şairlərin internetdə imza kampaniyası başlatdığı bildirilir.

Məlumatlara görə, Zəncanda tutularaq Tehranın Evin həbsxanasında saxlanan milli fəallar vəkildən məhrum edilərək hökumətin davamlı təzyiq və işgəncəsinə məruz qalırlar. Hüquq müdafiəçiləri Səid Mətinpur, Behruz Səfəri və Cəlil Qənilunun üç aydan çoxdur ağır şəraitdə həbsdə saxlandığı və xəstə olduqları bildirilir.

Azərbaycan və ərəb milli fəallarının vəkilliyini öz üzərinə götürmüş Saleh Kamraninin avqustun 18-də yenidən Kərəc şəhərində tutularaq Evin həbsxanasına aparıldığı deyilir. Təbrizdən yayılan məlumatlarda isə vurğulanır ki, Azərbaycan milli fəalı və yazıçı Şəhnaz Qulami artıq bir neçə gündür ev dustağıdır. O, Azərbaycan milli məsələsi və qadınların hüquqları ilə bağlı yazılarına görə ETTELAAT qüvvələrinin təzyiqlərinə əvvəllər də məruz qalmışdı.

Digər məlumatda bildirilir ki, bir müddət əvvəl həbsə salınan təbrizli milli fəal Nima Rəzəviyan müəmmalı şəkildə dünyasını dəyişib. Onun işgəncələr altında öldürüldüyü barədə şayiələr gəzir.

Ərdəbildə isə iki milli fəal - Gəştasb Vaseqi və Mahmud Aslani İnqilab Məhkəməsində casusluqda günahlandırılaraq 4 il həbsə məhkum ediliblər.

Xiyavdan (Meşkin Şəhr) verilən məlumatlarda isə bildirilir ki, azərbaycanlı yazıçı-jurnalist İbrahim Rəşidi (Savalan) milli fəaliyyətlərinə görə5 ay şərti həbs cəzası alıb. Təbriz zindanında saxlanan milli fəal Əmir Abbas Bənai Kazimi isə naməlum başqa bir həbsxanaya köçürülüb.


«Media forum»

Əvvəlki məqalə: Mübariz S. Əzimli: İqtidarın “dava-dava” oyunu bizə nə vəd edir?

Sonrakı məqalə: ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARI QÜVVƏDƏ SAXLAYIB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3094

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin