Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARI QÜVVƏDƏ SAXLAYIB

Mirzə Xəzər 21 Avq 2007

no comments


2007-08-21 - 20:19:00


Bu gün Ali Məhkəmə «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı çıxarılmış qərarı qüvvədə saxlayıb.

E.Fətullayevə qarşı iddia ilə çıxış etmiş Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladze «Turan»ın müxbiri ilə söhbətində deyib ki, bir həftə öncə birinci proses təyin edilmişdi, amma Fətullayevin vəkili və xüsusi nümayəndəsi gəlmədiyindən proses bu günə qalmışdı.

T.Çaladzenin sözlərinə görə, baş redaktorun vəkili və nümayəndəsi bu gün də prosesə gəlməyib. Məhkəmə onların iştirakı olmadan keçirilib və qərar çıxarılıb. T.Çaladze qərardan razı qalıb. O, prosesi ədalət və ləyaqətlə başa vurduğunu, təkcə xocalıların yox, bütün azərbaycanlıların qarşısında üzünün ağ olduğunu deyib.

E.Fətullayevin xüsusi nümayəndəsi Üzeyir Cəfərov isə «Turan»a açıqlamasında deyib ki, proses barədə onlara hər hansı məlumat verilməyib. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsində də, Ali Məhkəmədəki birinci prosesdə də belə olub, xəbər verilmədən məhkəmə iclası keçirilib: «Bizim əlaqə telefonlarımız hakimdə var və bizi tapmaq problem deyildi».

Ü.Cəfərov Azərbaycan məhkəmələrindən hər hansı ədalət gözləmədiklərini, ona görə məhkəmə prosesinin uzanmasında maraqlı olmadıqlarını da söyləyib və qeyd edib ki, bu instansiyaları tezliklə keçib işi Avropa Məhkəməsinə çıxarmaq niyyətindədirlər.

Vəkil İsaxan Aşurov da bildirib ki, Ali Məhkəmədə keçən bugünki proses haqda məlumatlandırılmayıb: «Çaladze çox tez sevinir. Ali Məhkəmə son instansiya deyil. Müdafiə tərəfi Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir və şikayət artıq hazırdır».

Xatırladaq ki, 2007-ci il aprelin 4-də Yasamal Rayon Məhkəməsi Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin və Xocalı şəhər sakinlərinin iddiası ilə «Realnı Azerbaydjan» qəzetinin redaksiyasını və baş redaktor Eynulla Fətullayevi, hər biri 10 min manat olmaqla, 20 min manat məbləğində cərimələyib. Elə həmin vaxt E.Fətullayev xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunub və aprelin 20-də 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qəzet və baş redaktor Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya instansiyası Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra kassasiya qaydasında Ali Məhkəməyə şikayət göndərilmişdi.


"Media Forum"

Əvvəlki məqalə: GÜNEYDƏ MİLLİ FƏALLARA QARŞI TƏZYİQLƏRİN ARTDIĞI XƏBƏR VERİLİR

Sonrakı məqalə: Mübariz Əhmədoğlu: Böhtan, saxtakarlıq və cəzasızlar üçbucağı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3095

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin