Intigam Məmmədov: Ümid xalgın oyanmasına galıb
Xaricdə yaşayan azərbaycanlılara da məlumdur ki, korrupsiya və rüsvətxorlug indiki Azərbaycan iqtidarının ideologiyasına cevrilib və onların şou xarakterli əməlləri hec də bu problemi aradan galdırmag məgsədi daşımır. Köhnə rüşvətxor məmurları yenilərilə əvəz etmək xalqın gözünə kül üfürməkdən başqa bir şey deyil. Bu mənada Azərbaycanda demokratiya prinsiplərini
həyata kecirmək, nəyisə yeniləşdirmək və qanunlara riayyət olunmasını gözləmək, absurd sayıla bilər. Mətbuat səhifələrində fikir bildirən muxalifət kecmiş xalq nəzarəti komitəsinin rolunu oynayır desək, yanılmarıq. Yadınızdadırmı hələ o dövrdə Azərbaycanın üzərində Moskvanın nəzarəti var idi. Azərbaycan hakimiyyəti Moskvanın nəzarətindən yüzdəyüz olmasa da, özbaşınalıqdan cəkinməyə məcbur idi.
Indi isə məmurlara tam azadlıq verildiyindən, ölkə qanunlarına nəinki riayət olunmur, hətta beynəlxalq qanunları da saymırlar. Yəni „biz müstəqil Respublikada yaşayırıq, hec kəsin müstəqil bir dövlətə müdaxilə etməyə haqqı yoxdur, necə istəsək ölkəni elə də idarə edəcəyik“ deyərək,hakim rejim tərəfindən sıgortalanırlar. Amma, Insan haqları heç bir dövlətin daxili işi deyil. Bu beynəlxalq təşkilat və beynəlxalq məhkəmələrin də səlahiyyətindədir. Yəni hakimiyyət xalqa qarşı hər hansi gücü tədbiq etsə, cinayət törədənlər
cavabını beynəlxalq məhkəmə garşısinda verməli olacaqlar. O da xatırlanmalıdır ki, bu dünyaya neçə-neçə diktatorlar gəlib gedib və onların aqibəti bütün dünyaya məlumdur. Kecək jurnalistlərimizlə bagli hakimiyyətin yaratdıgı problemlərə.Azərbaycanda jurnalistlərə, redaktorlara pul verilmə halları kütləvi hal alıb.
Ona görə də bir bəhanə ilə hansısa jurnalist həmkarımızı həbs etmək o qədər də böyük problem deyil. Digər tərəfdən, Azərbaycan KIV-lərinin müəyyən ictimai fikir yaratmaq məqsədilə, qeyri-rəsmi olarag, dövlət
məmurlarından böyük məbləgdə pul aldıgları hec kəsə sirr deyil.
Şübhəsiz bunun da adı rüşvətdir və qədəri 10.000- manatlarla ölcülür. Bu, kütləvi xarakter aldığından jurnalistin bu məsələdə hədəf kimi secilməsi rüşvəxorluqla mübarizə aktı kimi qəbul edilə bilməz.
Təəssüflər olsun ki, şəraiti yaradan , elə hakimiyyət özüdür.
Hökumətin apardıgı yanlış siyasətin nəticəsidir ki, bütün məmləkət rüşvət və korrupsiyabataglıgında bogulur.
Azərbaycanın korrupsiyaya və rüşvətə görə ən ön sıralarda oldugu hamıya məlumdur. Bu barədə təkcə ölkə daxilində deyil,
beynəlxalg dairələrde, eləcə də xarici KIV-lərdə məlumatlara rast gəlinir. Əgər ruşvətxorluga və korrupsiyaya qarşı cinayət işləri qaldırılacaqsa, o zaman bütün rüşvətxor məmurlar həbs olumalıdır. Jurnalistlər, eləcə də qeyri-hökumət təşkilatları bununla bağlı kifayət qədər fakt təqdim etsələr də, həmin şəxslər həbs olunmurlar. Həmin məmurların aldıqları rüşvətin qarşılığında jurnalistə verilən pul 10 dəfəlerle azdır. Hökumətin apardığı siyasət nəticəsində, şubhəsiz, mətbuat öz-özünü dolandıra bilmir. Rejim jurnalisti
elə
vəziyyətə salıbdir ki, onlar yaşamag ücün bu və ya digər yolla rüşvətxor və korrupsioner iqtidar nümayəndələrindən pul almagdan məcbur olurlar. Jurnalistlərin ən cox faizinin təmiz, ən kicik faizinin isə rüşvətlə yaşadığı şəraitdə bu, böyük problem kimi qəbul oluna bilərdi.
Amma jurnalistlərimiz cürbəcür dövlət orqanlarının korrupsiya və rüşvət əməlləri barədə cox sayda məqalələr çap edirlərsə, dövlət orqanları o yazıların ətrafında heç bir araşdırma aparmırsa, deməli ölkə başcısı və ondan sonra gələn məmurlar dövləti konisitusiyaya və huquq qanunlarının zidd olarag idarə edirlər. Dövlətin qanunları kagız üzərində qalınca o zaman günah jurnalistdə deyil,dövlət orqanlarının məsuliyyətsizliyindədir. Ona görə də, hal hazırda hüquq-mühafizə orqanları o yazıların arxasında dayanan faktların
doğru olub-oldmadığını araşdırmaq üçün təhqiqat aparmalıdır. Təhgigatsızlıg şəraiti onu təstiq edir ki, Azərbaycanda qanun
deyil, ruşvət işləyir. Baxın, xalqimizin haqq sesi ugrunda siyasi mubarizə aparan muxalifət partiyalarının üzvülərini, jurnalistləri tutub həbsə salırlar, onlara hətta işgəncələr verilir. Prezident seckilərinə hazırlıq məqsədilə hakimiyyətə qarşı olan siyasətcilərimiz, muxalifət partiyalarının uzvüləri və jurnalistlər hədə-qorxu, təqib, təzyiqlə üzləşiblər. Bu yaxınlarda hakimiyyətdən razı olub olmamaqları haqqında vətəndaşlarımız arasinda rəy sorguları kecirilib. Xalq acıq şəkildə indiki iqtidara qarşı öz narazılıgını
bildirib. O zaman belə nəticəyə gəlmək olar ki, rejim xalqın haqq səsindən qorxdugu ücün vətəndaşlarımızı hər vəchlə təzyiq altında saxlayır və onlara qarşı duranları məhv etmək niyyətindədirlər. Nə vaxta qədər ölkədə haqsızlıq, ədalətsizlik, qanuna qarşı hörmətsizlik hökm sürməlidir? Kicik bir misal: əgər dövlət başcısı və komandası xalqın varlı təbəqəsini deyil, bütün insanlarımızıdüşünmüş olsaydı, gündəlik tələbat məhsullarının və eləcə də qazın, elektrik enerjisinin giymətini bahalaşdırmaq əvəzinə, xalqın
güzəranını diqqətdə saxlayaraq, ucuzlaşma aparardı.
Amma nə yazıq ki, bir tərəfdə xalqın və dövlətin sərvətini ogurlayan korrupsionerlər, başga bir tərəfdə isə bir garın
cörəyə möhtac olan, ailəsini dolandırmag ücün hər şeyə hazır olan sadə insanlar durur.
Yeri gəlmişkən qeyd edim, bu rejimin bəzi uzdəniraq „agıllı başlari“ xalqa xitabən „Axmaqlar olmasa, agillilar ac qalar“ ifadəsini işlədirler. Belə prinsiplər xalga garşı silahiymiş. Amma milləti axmaq hesab etməklə xalqin hörmətini deyil, əksinə, nifrətini qazanmış olurlar. Hər halda kimlərin agıllı və kimlərin agılsız olmalaını zaman deyəcək. Budur sözdə Avropa prinsip və dəyərlərilə yaşamaq istəyən hakim məmurlarlarin sifəti. Bu sifətlə Avropa birliyi Azərbaycanı hansı əsasla öz sırasına alacagı sual altındadır.
Sözdə demokrat, bəşəri dəyərlərə hörmət edib, əməldə isə totalitar, ruşvətxor və korrupsioner olan bir rejimin yeri haradır?
Bu hal sovet dövrünü də xatırladır: kagız üzərində sosalizm cəmiyyəti, əməldə yənə də ruşvətxorluq və korrupsiya prinsipləri.
Nə kimi bir dəyişiklik oldugunu anlamag olmur. Görünür, sovetlər birliyinin dagılmasnı xalqdan cox indiki hakim tayfa gözləyirmiş. Və necə deyərlər, əlləri qolları acilmış, istədiklərini sərbəst səkildə həyata kecirirlər. Azərbayacanda monarxiyanın yaranması istiqamətində aciq-aşikar əməli işlər görülür. Amma sanmıram ki, hakimiyyət bunu başara bilsin. Əgər monarxiyanın qurulması ugurlu addımlar” atılsa, o zaman vay bu millətin halina.
Bu yaxınlarada əcnəbi dostlarımızın biri, hakimiyyət temsilcilərindən biriylə mentalitetimizdən geniş söhbət etdiyini və o gözəl yaşayışin nədən yoxa cixma təhlükəsiylə üzləşməsinin səbəbini soruşub, o isə „zaman dəyişib“ deyib.
Əslində zaman dəyişməyib, zaman həmin zamandır, rejim insanları zorla dəyişib. Insanlarımızın dəyişməsinin səbəbi yuxaridakı qeyidlərimizdən məlumdur. Əliyevlərin əsas məqsədi hakimiyyətlərini qorumaq, təhlükəni aradan qaldirmaq və hər vəchlə vətəndaşların gözünü polis dəyənəyi ilə qorxutmaqla rejimi qoruyub saxlamaqdır. Eləcə də düzgünlük ugrunda mubarizə aparan vətəndaşlarımızı pulla satın almaqla müxtəlif cinayətlərə sovq etdirmək və bu minvallaonları tabe etdirmək bu rejimin əsas prinsiplərindən biridir.
Bir cox müxalifət liderləri elə duşünür ki, bu hakimiyyətin sonu cox yaxındadır. Ancaq hadisələr gostərir ki, nəinki yaxındadır, hətta onun ömrünü uzatmaq istiqamətində işlər görülür. Məncə xəyalla yaşamaq və utopik fikirlər soyləməklə deyil, xalqı ayaga qaldırmagın yollarını axtarıb tapmaq lazımdır. Xalq hərakatı özü özündən hec zaman yaranmayib. Onu hərəkətə gətirən ziyalı ordusu gərəkdir.
Indiki halda demokratik prinsiplərlə hakimiyyəti deyişmə qeyri mümkündür. Əgər xalg ayaga galxmasa, bu hakimiyytin ömrü daha
da uzanacaq. Azərbaycan neftinə sərmayə qoyan dünya olkələrinin istədiyi
əsas şey ölkənin sabitliyidir. O üzdən indiki iqtidarın yürütdüyü daxili və xarici siyasət onları qane edir və başqa bir alternativ demokratik quvvənin hakimiyyətə gəlməsi, onların maragında deyil. Amerika sözdə Azərbaycanda demokratiyanın bərqərar olunması
tərəfdarı oldugunu, əməldə isə korrupsiyanerləri dəstəkləməsi vətəndaşlarımızı caşqın vəziyyətdə qoyur. Bu üzdən ümid xalqın ayılmasına qalib. Müxalifət cəbhəsində olan ziyalılarımız millətın gələcəyini xoşbəxt görmək istəyirlərsə, xalqı ayaga oyatmagın yollarını tapacaqlar.
Intigam Məmmədov
Almaniya
Əvvəlki məqalə: Kanadada Azərbaycan televiziyası acıldı
Sonrakı məqalə: Salam hemishe hormetli Mirze muellim Xezer
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3087