BENELÜKS AZƏRBAYCANLILARI KONQRESİNİN TƏŞKİLATÇILIĞIYLA BAŞ TUTAN TƏDBİRDƏ AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏLƏR DƏ MÜZAKİRƏ OLUNDU
Hollandiyada BAK "Açıq qapı" günu keçirdiyi zaman ortaya ilginc problemler cixdi
Bu günlərdə mərkəzi qərargahı Hollandiyada yerləşən Benelüks Azərbaycanlıları Konqresi (BAK) Azərbaycan həqiqətlərini Benelüks ölkələrində yaymaq və Azərbaycan icmasını öz fəaliyyəti ilə tanış etmək məqsədilə "açıq qapı" günü keçirdi. Tədbirdə məqsəd Belçika, Hollandiya, Lüksemburq və Avropanın digər ölkələrində yaşayan soydaşlarımızın fikirlərini öyrənmək, onları narahat edən məsələləri müzakirə etmək, ictimaiyyətin arzu və təkliflərini nəzərə almaq olub. Üç aydan bir keçiriləcək "açıq qapı" günləri qürbətdə yaşayan azərbaycanlıların diaspor birliklərinin təşkilatlanmasına, onların ölkəmiz ətrafında daha sıx birləşməsinə, Azərbaycan həqiqətlərini Avropa ölkələrinə çatdırmaq üçün fəaliyyətlərini genişləndirməsinə yönəlib. İlk "açıq qapı" günü avqustun 5-də BAK-ın Rotterdam qərargahında keçirildi. Onlarla soydaşımızın qatıldığı tədbirdə maraqlı məsələlər müzakirə edildi. Ağsaqqal ziyalılarımızın da iştirak etdiyi "açıq qapı" tədbirində iştirakçıların suallarını BAK-ın icraçı direktoru Elman Mustafazadə və təşkilatın sədr müavini Elsevər Məmmədov cavablandırdılar.
İlk öncə E.Mustafazadə BAK-ın yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, gördükləri və görəcəkləri işlər haqda danışdı.
Çıxışçılardan Hollandiyada yaşayan azərbaycanlı kinorejissor Ramiz Hindarxlı (Əliyev) BAK-ın fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, təşkilat qısa müddət ərzində çox iş görüb, ziyalılara olduqca diqqətlə yanaşıb. O, belə bir təşkilata uzun illər ehtiyac olduğunu bildirdi. Yeri gəlmişkən, bu günlərdə Ramiz Hindarxlının çəkdiyi üç sənədli film ("Azərbaycan: dünən, bu gün", "Azadlığa gedən yol", "Vətən mənə oğul desə...") BAK-ın dəstəyi ilə Hollandiyada nümayiş etdirilib. Ramiz Hindarxlı BAK-la birgə işlərindən məmnunluqla danışdı və bir çox layihə üzərində çalışdıqlarını bildirdi.
Bundan sonra bir neçə gənc maraqlı təkliflərlə çıxış etdi. Çıxışlarda tələbə mübadiləsi, Hollandiyada ermənilərin internet saytlarının bizimkilərdən çox olması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məsələsi qaldırıldı.
Tədbirdə çıxış edən "Azəri unayted" Cəmiyyətinin sədri Əli Hacılı isə BAK-ın fəaliyyətindən narazı olduğunu dedi. O, BAK-ın Azərbaycanda jurnalistlərin həbsinə münasibət bildirmədiyini, Qarabağda keçirilən qondarma "prezident seçkisi" və ümumiyyətlə, Qarabağ probleminə seyrçi mövqedən yanaşdığını iddia etdi. Bu ittihamlarla razılaşmayan E.Mustafazadə dedi ki, BAK bu il Xocalı soyqırımı günü ilə bağlı Brüsseldə Ermənistan səfirliyinin önündə aksiya keçirib. E.Mustafazadənin sözlərinə görə, BAK hər zaman torpaqlarımızın güc yolu ilə azad oluna biləcəyini mümkün sayır və bunu bəyan edir: "BAK Azərbaycan hökumətinə yox, Azərbaycan dövlətinə xidmət edir". Qurumun haradan maliyyələşməsilə bağlı sualı cavablandıran E.Mustafazadə söylədi ki, BAK-a Amsterdamda yerləşən, Sahil Qasomovun sahibi oldugu "Kaspian international" şirkəti maddi dəstək verir. Bundan başqa, BAK-da təmsil olunan hər bir cəmiyyət və qurumlar ayda 50 avro üzvlük haqqı ödəyir: "Amma təəssüf ki, bütün bunlar bizim keçirdiyimiz və keçirmək istəyimiz tədbirlərə bəs etmir. BAK ilin əvvəlindən bu günədək 50-dən artıq irili-xırdalı tədbir keçirib. Bunların içərisində erməni təcavüzünə, erməni təbliğatına qarşı tədbirlər, tələbə gənclərimizə, Bakıdan gələn qonaqlara maddi və mənəvi dəstək əsas yer tutub. Biz BAK-ın tədbirlərinin heç yarısından çoxunu reklam etmirik. Biz vətənimiz Azərbaycana xidmət edirik".
Elsevər Məmmədov isə bildirdi ki, BAK Qarabağ məsələsində olduqca radikal mübarizə aparır: "Elə bu səbəbdəndir ki, Hollandiyada bütün ictimai siyasi təşkilatlar hər kvartal dövlətdən maliyyə yardımı aldığı halda, BAK-da təmsil olunan 15 cəmiyyətdən heç biri indiyədək belə köməyi görməyib. Bizə deyirlər ki, müharibəni təbliğ edirik, Qarabağı güzəştə getmirik. Defelerle BAK sedri Sahil Qasimov yerli ogqanlara bu barede izahat vermeli olub, hetda bir nece defe ermeni texribati ile de uzlesib. Bu gun sedrimiz S.Qasomov,
Iraq Turkmen Cemiyyyeti basqani Cuneyt Avci ile birlikde Amsterdamda BAK-in qerergahinda "aciq qapi" tedbirinde istirak edi. Brusselde ise Musa Punhanla, Ilqar Bakili "aciq qapi" gunlerini davam etdirirler. Biz hemise BAK-in qapilarini soydaslarimizin uzune aiq qoymusuq.
Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Gürcüstandakı Azərbaycan məktəbləri ilə bağlı bu günlərdə səsləndirdiyi bəyanat ətrafında da müzakirə getdi. E.Mustafazadə bildirdi ki, "açıq qapı" günlərinin məqsədi kimisə müdafiə etməyə yönəlməyib. E.Mustafazadə komitə sədrinin çıxışlarını mətbuatdan izlədiyini söylədi: "Ancaq Nazim İbrahimov Amsterdamda kiçik yaşlı azərbaycanlı uşaqlarla söhbət edəndə anladı ki, onların bəziləri ana dillərini bilmir, hollandca
danışırlar. Nazim müəlim təklif etdi ki, Amsterdamda ana dilində bir bazar günü məktəbi açaq ki, uşaqlar doğma dillərini unutmasın. Bununla əlaqədar bizə Bakıdan çoxlu dərslik də göndərdi. Ancaq bəzi maddi sıxıntı ucbatından bazar günü məktəbinin açılması ləngiyir. Avropada uşaqlarımızın ana dilini bilməməsindən narahatlıq keçirən Nazim İbrahimovun Gürcüstanda Azərbaycan məktəblərinin bağlanmasını istəməsi ilə bağlı deyilənlər inandırıcı görünmür. Bizim Diaspor Komitəsi yeni yaradılıb. Nazim İbahimov bir insan
kimi çox səmimidir. Mən onu həmişə tənqid etmişəm. Ancaq komitə sədrini və qurumun əməkdaşlarını mətbuatda təhqir və onları gözdən salmağa cəhd edənlər bizim diasporumuzun güclü olmasını istəməyənlər ola bilər. 1980-ci illərin əvvəllərində Yerevanda Teatr meydanı yaxınlığında bir lövhəyə rast gəldim. Bu lövhədə xaricdə yaşayan ermənilər komitəsi barədə məlumat əksini tapmışdı. Maraqlandım, dedilər ki, bu qurum hələ 1960-cı illərdən mövcuddur. Bizim komitə isə yeni yaransa da, az iş görməyib. Siz də bilirsiniz
ki, diaspor qurumları ilə işləmək olduqca çətindir. Hərə bir hava çalır, təkcə Hollandiyada 40-a yaxın Azərbaycan cəmiyyəti var. Son illər hansı təşkilatın həqiqətən Azərbaycan uğrunda çalışdığı müəyyənləşib. Komitə məhz bu qurumlarla əməkdaşlıq edir".
Toplantida cixis eden agsaqlardan Yaqub Memmedov Hollandiyada azerbaycanli ailelerin dagilasinin gettikce artigindan narahat oldugunu bildirdi. Y.Memmdov bildirdi: "Bu gun Hollandiyada her on aileden besi dagilmaq uzredir, her on aileden ucu dagilib. Bunun sebebi nedir? Aile zeminide cinayetkarliq artmaqdadir".
E.Memmedov bildirdi: "Buna sebeb kisi ve qadinlarin iqstisadi cehetden tam musteqil olmasi ve qadinlara verilen haqlarin kisilere nisbeten qat-qat artiq olmasindan ireli gelir. Bezi qadinlarimiz Avropada anti-islam ehvalruhiyyesinden sui istifade ederek xiristianligi qebul edirler, sonra bir muddet kecenden sonra qadin qoruma teskilatlarina muraciet edirler, guya xristian olduqlari ucun, muselman erleri terefinden "diskriminasiyaya" meruz qalirlar. Bu qurumlar meseleni aydinlasdirmamis, milli adetlere hormet
qoymadan, zor gucune kisini aileden ayirirlar. Qadinlara her cur destek vererek sosial yardimini 25 faiz artirirlar. Belelikle qadin musteqil ve iqtisadi cehetden kisiden guclu olur ve serbes ozunu hiss edir, ancaq eziyyeti usaqlar cekir, cun ki, bu oyunlarin qurbni olan usaqlar, azeri toplumuna qosulmaqdan utanirlar. Ziyali, ve ya emekci ailesinde boyuyen bir nefer bele azeri qadini, qerib memleketde ailesini dagitmayib. Aile dagidan qadinlarimizin ekseriyyeti harinlasmis, rusvetxor memurlarin ailesinden cixanlardir.
Dogurdan , da son iller Hollandiyada aile meiset zeminide bir nece agir cinayetler bas vermisdir. Murad Cabbarov kimi yuksek medeniyyetli bir soydasimiz, bele problemlerle uzlesdiyi zaman, dozmeyerek, avradini qetle yetirdi, sonra polis burosunda eyneyinin susesi ile damarlarini keserek ozunu intihar etdi, iki qizi ise bassiz qaldi.
Mence nufuslu agsaqqallardan ve agbirceklerden ibaret, elece de deyerli ziyalilarimizi celb etmekle bir qurum yaradib arasduirma aparilsa, bunun qarsisini onlemek olar. Cox tessuf ki, indi Avropada muselman ailelerini dagitmaqla mesgul olan bir cox qeyri resmi dini sektalar var. Ancaq edalet namine deye bilerem ki, ne protestantlar, ne katolikler, ne de, museviler, bele cirkin islere qosulmurlar. Onlarin aileleri mohkem oldugu kimi, basqa ailelerinde mohkem olmasinda maraqlidirlar".
Diasporumuzun geleceyi ile bagli suala cavab veren E.Mustafazade:"Indi bizim Avropada diasporumuz guclenmekdedir. BAK diasporumuzun geleceyini dusunerek istedadli gencleri etrafina toplamaqdadir. On ilden sonra bizim burada hekimlerimiz, vekillerimiz, polislerimiz, siyasi partiyada fellarimiz cox oacaqlaq. Avropa mediasinda jurnalislerimiz artacaq. Indi Avropada is adamalrimiz artmaqdadir. Bu gunlerde Rotterdamda boyuk bir stomotoloji klinika acilacaq, onun sahibi xeyirhaq soydasimiz Musa Isayevdir. Bele bacariqli
ve istedadli soydaslarimizla qurur duyuruq. Cox istedim Hollandiyada is adamlarimiz yigisib, Azerbaycan is adamlari birliyi quraydi. Bunun cox xeyri olardi, biri birine komek derdiler, zengin insanlarimizin sayi artardi. Indi ermeliler birlesib boyuk hotelleri alirlar, bank acirlar. Ermenistandan gelenlerin 90 faizi Azerbaycadan geldiyini soyleyirler, yarsi guya azerbaycanlidir, ancaq senedlerini alan kimi Ermenistana xidmet edirler. Her halda cox is gormeliyik ki, diasporumuz guclu olsun. Diasporumuzun geleceyine
umdle baxiram.
Burada bir sexsimizin de adini qururla cekerdim; Belcika sefirliyinin evveller birinci katib islemis, indi missiyasini basa vurub Azerbaycana donen Fuad Humbetovu deyirem. Beniluks olkelerinde diasporumuzun guclenmesinde Fuad Humbetovun emeyi cox olub. Allah ondan razi olsun".
Onumuzdeki il, Azerbaycanllarin soyqirimin 90 illiyi ile bagli Rotterdama qoyulacaq abide ile maralanan soydasimiz Niyazi Emikisizadenin sualina, Elsver Memmedov: "Bu isleri biz bir az mexfi saxlayirdiq ki, bize dusmenlerimiz mane olmasinlar, ancaq artiq Rotterdam meriyasindan resmi icaze alinib, BAK sedri Sahil Qasimov bu layiheye sexsen ozu basciliq edir. Inseallah abide onumuzdeki il ucaldilacaq. Helelik bu barede danismaq tezdir".
Oktay Tatliyev ise bildirdi ki: "Deyilene gore BAK Hollandiyada nufuslu sexslerle dialoq cagrisinda olub. Bu neqeder dogrudur "? -sualina, E.Mustafazade: "Nece aydir bu mesele uzerinde is gedir. Bir cox nufuslu sexslerle dansiqlar aparilib ve teklif beyenilib. Buna misal olaraq, bir nece defe Hollandiyada fealiyyet gosteren "Azerbaycan diasporu" Cemiyyetinin rehberi, deyerli ziyalilarimizdan biri olan Eli Hesenovla bu barede sohbet etmisik ve Eli muellim bu tesebbusu alqislayib ve hemise bele bir deyirmi masada
oturmaga hazir oldugunu bildirib. Bundan elave muxalifet liderlerinden biri Eldeniz Yusibovda danisiqlara hazir oldugunu beyan edib. Azerbaycan Turk Kultur Derneyi basqani Ilhan Asiqn da, bele bir deyirmi masa kecirilerse, mutleq canla-basla istirak edeceyini bildirdi. Indi qalir bir- iki neferin nem-numunu yere qoymasi, onlarda razi olasalar, yaxin gunlerde bu gorus bas tutacaq. Biz BAK olaraq bu tesebbusu axira kimi davam etdireceyik".
Görüşdə Azərbaycan diasporunun üzvləri - Telman Həsənov, Tahir Nebizade, Tofiq Abbasov, Mehman Ismiyev, Tahir Lepeyev, Azər Qəhrəmanlı, Davud Məcidsər, Samir Yaquboğlu, Cavan Maştağalı, Samir Tahiroğlu və başqaları maraqlı təkliflərlə çıxış etdilər.
Çox qəribədir ki, BAK-ın "açıq qapı" tədbiri Benelüks ölkələrindəki bəzi Azərbaycan cəmiyyətləri tərəfindən mənfi qarşılanıb. Görünür, onlar diaspor qurumlarının BAK-a artan marağından əndişələnməyə başlayıblar.
Materialı Mirze Xezerin Sesi qezetine
Tural AYDINOĞLU hazirladi.
Rotterdam, Niderland Krallığı
Əvvəlki məqalə: “Azərbaycan Xalq Çümhuriyyətinin (1918−1920) Varisləri” təşkilatı etiraz edir
Sonrakı məqalə: Kanadada Azərbaycan televiziyası acıldı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3085