Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Azərbaycan Xalq Çümhuriyyətinin (1918−1920) Varisləri” təşkilatı etiraz edir

Mirzə Xəzər 01 Avq 2007

no comments

Press Reliz

25 may 2007−ci il tarixində indiki Dövlət Əlyazmalar İnstitutunun yanında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “İstiqlal abidəsi” qoyulubdur . Bu abidə özünün memarlıq kompleksinə görə müharibədə ölmüş əsgərlərin xatirəsinə ucaldılmış məzar−abidə kompleksi üslubunda qoyulub .

Halbuki , 1918−ci 28 may tarixində Zaqafqaziya Seyminin 44 nəfər müsəlman deputatlardan 26 şəxsin Tiflis şəhərində Azərbaycan dövlətinin yaradılması istiqamətində ilk dəfə olaraq “İstiqlal Bəyamnaməsi” aktını qəbul ediblər . Bu abidənin hansı dövlət qurumu tərəfindən qoyulması heykəltaraşın və memarının kim olması naməlum olaraq qalmaqdadır , o cümlədən 100 min manat , 50 min manat 20 min manat məbləğdə mükafatları kimə verilməsi də naməlum qalır .
8 nəfərin adları “İstiqlal bəyamnaməsini“ qəbul edilməsi və 18 nəfəri ixtisara salmaq birbaşa qəbul edilmiş Dövlət istiqlalını şübhə altına qoyur.

İstiqlal abidəsinin Milli Dövlət quruculuğu istiqamətində onun daha düzi naməlum məzar kompleksi mahiyyətini daşıdığı üçün və Dövlət istiqlalını qəbul edən 8 nəfərin adlarını həkk etmək , 18 nəfəri isə ixtisaera salmaq “Azərbaycan Xalq Cümhuriyyəti Varisləri” təşkilatı bu antimilli təxribatı Azərbaycan Dövlətinə həqarat kimi qəbul etdiyi üçün Mədəniyyət nazirliyini və abidənin bəlli olmayan müəliflərini Bakı şəh. Səbayıl rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib . İddia ərizəsi hakim Yusif Kərimovun icraatındadır .

P.S. Abidənin hansı Dövlət qurumu tərəfindən qoyulması barədə Prezident Apparatına , Bakı şəh. İcra hakimiyyətinə , Mədəniyyət nazirliyinə və digər müvafiq qurumlara müraciətlər edilsə də “İstiqlal Abidəsi”nin nə sifarişçisinin, nə də müəliflərinin adları bəlli deyildir .

“Müasir Yeni Azərbaycan” − Azərbaycansız Azərbaycan deməkdir .

( “Azərbaycan Xalq Çümhuriyyətinin (1918−1920) Varisləri” təşkilatı )

P.S.

Sizi 3 avqust 2007−ci il tarixində Bakı şəhəri Əhməd Cavad küçəsi (Baki Soveti metrosuna yaxın, Səadət Sarayının yanı) 8 saylı binada yerləşən “Azərbaycan Xalq Çümhuriyyətinin (1918−1920) Varisləri” təşkilatı saat 13:00 da mətbuat konfransına dəvət edir .


Əvvəlki məqalə: Vəkil Ağaveyis Şahverdi: “Sabiq nazirin saxlandığı kameraya sağlam adamı salsalar, iki aya ağır xəstəlik tapar”

Sonrakı məqalə: BENELÜKS AZƏRBAYCANLILARI KONQRESİNİN TƏŞKİLATÇILIĞIYLA BAŞ TUTAN TƏDBİRDƏ AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏLƏR DƏ MÜZAKİRƏ OLUNDU

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3084

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin