Jurnalist ağzını tikərək aclığa başlayıb
24 iyul 2007
Fərəməz Novruzoğlu Israilin səfirilə görüşmək istəyir Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə müəssisəində saxlanılan “Nota Bene” qəzetinin müxbiri Fərəməz Novruzoğlu (Allahverdiyev) iyulun 20-dən həbsinə etiraz olaraq ağzını tikib və aclığa başlayıb. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu məlumat yayıb.
Xəbərə görə, müxbir Isarilin Bakıdakı səfirliyinin əməkdaşlarının ona baş çəkməsini istəyir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən F.Novruzoğlunun aclığa başlamasını və ağzını tikməsini təsdiq ediblər. Xidmətin əməkdaşı “Turan”a bildirib ki, F.Allahevrdiyev aclığa başlaması ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məktubla müraciət edib və o, dodaqlarını adi sapla tikib.
Jurnalist Israilin Bakıdakı səfiri ilə görüşməyi, Azad Mətbuat Şurasının yaradılmasını və məqalələrinin dərc edilməsini tələb edir.
(“Azadlıq” qəzeti)
Əvvəlki məqalə: Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin Müraciəti
Sonrakı məqalə: HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatların müraciəti