Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

RAFİQ TAĞI İLƏ SAMİR SƏDAQƏTOĞLU BARƏSİNDƏ ÇIXARILMIŞ QƏRAR QÜVVƏDƏ QALDI

Mirzə Xəzər 06 İyl 2007

2007-07-06 – 13:00:00

Bu gün Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı Rafiq Tağı barəsində çıxardığı hökmü qüvvədə saxlayıb. Bu barədə «Media forum» saytına R.Tağının qardaşı Amil Tağıyev məlumat verib.

A.Tağıyevin sözlərinə görə, R.Tağı və S.Sədaqətoğlu bugünkü məhkəmə prosesinə gətirilməyiblər. Vəkil İsaxan Aşurov müttəhimlərin məhkəməyə gətirilməsini tələb etsə də, hakim bunu nəzərə almayıb.

A.Tağıyevin dediyinə görə, bir neçə dəqiqə çəkən məhkəmə prosesində hakim Səbail məhkəməsinin qərarının qüvvədə saxlanıldığını deyib.

Xatırladaq ki, jurnalistlərin həbsinə «Sənət» qəzetinin 1 noyabr 2006-cı il tarixli sayında R.Tağının «Avropa və biz» məqaləsi səbəb olub. Səbail məhkəməsinin bu il mayın 4-də çıxardığı qərarla S.Sədaqətoğlu 283.2.2 (milli, dini və irqi ayrı-seçkilik) maddəsinə əsasən 4 il, R.Tağı 283.1 ( milli, dini və irqi ayrı-seçkilik yaymaqda) maddəsinə əsasən 3 il azadlıqdan məhrum ediliblər.

«Media forum»

Əvvəlki məqalə: «SƏRHƏDSİZ REPORTYORLAR» HƏBSDƏ OLAN İRAN JURNALİSTLƏRİNİN ADLARINI AÇIQLAYIB

Sonrakı məqalə: Qobustan həbsxanasında aclıq aksiyası dayanıb