QOBUSTANDA 17 MƏHBUS ACLIĞI DAVAM ETDİRİR
2007-07-03 – 18:07:00
Hazırda Qobustan həbsxanasında aclıq edən məhbusların sayı 17-dir. Dünəndən bu günə daha bir neçə məhbus aksiyanı dayandırıb. Bu barədə «Media forum» saytına Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.
R.Ramazanov bildirib ki, aclıq aksiyası keçirən məhbuslar daima həkim nəzarəti altındadırlar.
Xatırladaq ki, ömürlük həbs cəzası almış bir qrup bir neçə gün əvvəldən aclıq aksiyasına başlayıb. Bu fakt rəsmən iyunun 20-də təsdiqlənib.
İlk günlər aksiyaçıların sayı 38 olub. Onların əsas tələbi ömürlük həbs cəzalarının müddətli cəza ilə əvəz edilməsidir. Bununla bağlı məhbuslar və onların qohumları prezident İlham Əliyevə də müraciət ediblər.
«Media forum»
Əvvəlki məqalə: Bəzz qalasına yürüş davam edir
Sonrakı məqalə: Mirzə Xəzər: İlham Əliyevin son bəyanatı, rejimin dəyişməz xisləti və xəyalpərəstlər