Bəzz qalasına yürüş davam edir
Aksiya 4-5 gün davam edəcək
İyulun 2-dən Güney Azərbaycan Milli Hərəkatının Babək qalasına yürüşü başlayıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən daxil olan məlumata görə, Azərbaycanın güneyinin Təbriz, Ərdəbil, Meşkin, Miyana, Urmu və digər iri şəhərlərindən hərəkatçılar dəstə-dəstə Kəleybər bölgəsinə axışır. Aksiyaya qatılan insanların sayı barədə dəqiq məlumat yoxdur. Yürüşün bu dəfə 4-5 gün davam edəcəyi bildirilir. Siyasi tələblərin aksiyanın sonuncu günü səslənəcəyi bildirilir (“OLAYLAR”İA).
Əvvəlki məqalə: Tehran rejimi Bəzz yürüşünün iştirakçılarına divan tutdu
Sonrakı məqalə: QOBUSTANDA 17 MƏHBUS ACLIĞI DAVAM ETDİRİR