Qobustan həbsxanasında 2 nəfər aclıq aksiyasını dayandırıb, 36 məhbus isə aksiyanı davam etdirir
QOBUSTANDA 36 MƏHBUS ACLIQ AKSİYASINI DAVAM ETDİRİR. 2 MƏHBUS AKSİYANI DAYANDIRIB 2007-06-25 – 14:59:00
Qobustan həbsxanasında 2 nəfər aclıq aksiyasını dayandırıb, 36 məhbus isə aksiyanı davam etdirir. Bu barədə «Media forum» saytına Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.
R.Ramazanovun sözlərinə görə, aclıq edən məhbuslar arasında 2002, 2003-cü illərdə ömrülük həbs cəzası almış məhbuslar da var.
Xatırladaq ki, Qobustan məhbusları bir neçə dəfə belə aksiya keçiriblər. Axırıcı dəfə onlar martın 27-də aksiyaya başlamışdılar. Aksiya aprelin 5-də dayandırılmışdı. Məhbusların tələbi onların işlərinə Ali Məhkəmədə yenidən baxılması və ömürlük həbs cəzalarının müddətli həbslə əvəzlənməsidir.
«Media forum»
Əvvəlki məqalə: Mirzə Xəzər: İlandan qorxmuram yalandan qorxduğum qədər...
Sonrakı məqalə: Kanadada Azərbaycan məktəbi şagirdlərinin buraxılış mərasimi keçirilib