Mirzə Xəzər: İlandan qorxmuram yalandan qorxduğum qədər...
İlandan qorxmam yalandan qorxduğum qədər, əziz oxucum! Yalan ilan zəhərindən daha bettər bir bəladır. İlan bir kərrə vurur, yalan min kərrə. İlan zəhəri bir kərrə öldürür, yalan elə bir fəsaddır ki, min kərrə öldürür, amma doymur, öldürməkdə davam edir. İlan zəhəri cismən öldürür, yalan elə zəhərdir ki, durmadan, ardıcıllıqla, tənəffüs vermədən ruhu bir dəfə yox, min kərrə öldürür, ancaq hələ də doymur. Ruh əzab çəkdikcə, cism də əzab çəkir. Nə can qurtarır, nə ruh, nə də ki, cism. İlandan qorxmam yalandan qorxduğum qədər! İlan insanın gözlərinin içinə baxa-baxa vurur, yalan hiylə ilə arxadan vurur, insanı buxovlayır, ona əzab verir. İlan bir insanı vurur, yalan bir nəsli və bəlkə də bir neçə nəsli iztiraba düçar edir, bütöv bir milləti, xalqı itaətdə saxlamağa qulluq edir. İlandan qorxmam yalandan qorxduğum qədər!
(24.06.2007)
Əvvəlki məqalə: Dr. Nurəddin Qərəvi: G8 toplantısında Putinin çıxışı və Azərbaycan
Sonrakı məqalə: Qobustan həbsxanasında 2 nəfər aclıq aksiyasını dayandırıb, 36 məhbus isə aksiyanı davam etdirir