Azərbaycandan Avropa Şurasına müraciət: Bunları Avropaya buraxmaq olmaz!
23 iyun 2007
Azərbaycanın vətəndaş cəmiyyəti institutları söz azadlığına zərbə vuran dövlət məmurlaàının Avropaya buraxılmaması baàədə xahişlə Avropa Şurasının sədri, Almaniya Federativ Respublikasının Xarici Işlər Naziri cənab doktor Frank-Valter Ştaynmayerə müraciət ediblər. Müraciətdə bildirilir: “Cənab sədr!.. Hal-hazırda 7 (yeddi) jurnalist həbsdədir ki, onlardan da dördü AR CM-nin 147, 148-ci (böhtan atma, şərəf və ləyaqətin təhqiri) maddələri ilə məhkum olunublar. O cümlədən 3 tanınmış jurnalistin üzərində məhz AR CM-nin 147, 148-ci maddələri üzrə şərti həbs cəzası var…
2 mart 2005-ci ildə sifarişlə öz evinin qapısı ağzında vəhşicəsinə güllələnən, qatilləri hələ də tapılmayan məşhur həftəlik “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovdan sonra quldur hücümuna məruz qalan jurnalistlər: “Azadlıq” qəzetindən Fikrət Hüseynli (oğurlanaraq döyülüb), “Azadlıq” qəzetindən Nicat Dağlar (naməlum şəxslər tərəfindən döyülüb), “Zerkalo” qəzetindən Rüstəm Mikayılov və Fərid Teymurxanlı (polislər tərəfindən döyülüblər), “Ayna” qəzetindən Idrak Abbasov (polislər tərəfindən döyülüb), “Bizim Yol” qəzetinin Baş redaktoru Bahəddin Həziyev (oğurlanaraq vəhşicəsinə döyülüb və əlil edilib), “Boz qurd” qəzetinin baş redaktoru Ramiz Nəcəfli (polislər tərəfindən döyülüb), “Turan” Informasiya agentliyindən Sarvan Rizvanov (polislər tərəfindən döyülüb) və bir çox digərləri. Yeri gəlmişkən, polislərlə əlbəyaxa münaqişəyə çevrilmiş konflikt nəticəsində “Yeni Müsavat” qəzetinin fotomüxbiri Alim Kazımlı 6 ay xəstəxanda və evdə yatdıqdan sonra dünyasını dəyişib.
Bu il aprel ayının 20-də “Realnıy Azərbaydjan” qəzetinin hərbi şərhçisi Üzeyir Cəfərov öz redaksiyalarının önündə hücuma məruz qalıb. O, kələ-beyin travması alıb. Qeyd etməyə dəyər ki, hətta Üzeyir Cəfərov hücum edənlərdən birinin Bakı şəhər polis idarəsinin əməkdaşı Nəbi Rəcəbov olduğunu bildirsə də, sonuncuya qarşı nəinki istintaq başlanılmadı, hətta Daxili Işlər naziri jurnalistin ifadələrinə inanmadığını bildirdi…
Yalnız bu ilin may ayında Azərbaycanın aparıcı nəşrlərindən üçü fəaliyyətini dayandırmağa məcbur olub: “Realnıy Azərbaydjan”, “Gündəlik Azərbaycan”, “Bakı Xəbər”. Ümumiyyətlə, 2006-cı ilin yanvar ayından 2007-ci ilin may ayınadək KIV-ə qarşı onlarla məhkəmə prosesi keçirilib. Qəzetlərə qarşı təyin olunan cərimələrin ümumi məbləği 500 min dollardan çoxdur. Beynəlxalq jurnalist ictimaiyyəti Ilham Əliyevi jurnalistlərin düşməni elan edib. Azərbaycanın ATƏT ölkələri arasında jurnalist fəaliyyəti üçün ən təhlükəli ərazi olması fikri ATƏT rəsmiləri tərəfindən səsləndirilib… Azərbaycan hökumətindən tələb edin!
Yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq… Sizə müraciət edirik:
1. Azərbaycanın siyasi rəhbərliyindən və Ali Icraedici hakimiyyətindən klassik vicdan məhbusu və siyasi məhbus olan jurnalistlərin istisnasız olaraq azad edilməsini tələb etmək.
2. Azərbaycanın siyasi hakimiyyətindən AR Cinayət Məcələsindən 147, 148-ci (böhtan atma və şərəf və ləyaqətin təhqiri) maddələrinin sözsüz çıxarılmasına və şərəf, ləyaqət işgüzar nüfuz anlayışlarına aydınlıq gətirən “Diflamasiya haqda qanunun” təcili qəbul olunmasını tələb etmək.
Onları Avropaya buraxmaq olmaz!
3. Azərbaycanda söz və mətbuat azadlığının davam edən və getdikcə güclənən məhdudlaşmasını nəzərə alaraq, KIV-in bağlanmasında və jurnalistlərin təqibində daha fəal olan yüksək rütbəli dövlət məmurlarına qarşı müəyyən (Avropa Ittifaqına səfər vizalarının məhdudlaşdırılması kimi) sanksiyalar hazırlayıb tətbiq etmək. Bu məmurlar arasında biz xüsusilə DIN naziri Ramil Usubovun adını vurğulamaq istərdik: Bu məmur jurnalistlərə qarşı 11 iddia ərizəsi ilə çıxış edərək, onlardan 4-nə şərti iş kəsdirib, birini isə azadlıqdan məhrum etməyə müvəffəq olub. Məmurlar siyahısında Baş Prokuror Zakir Qaralov da vardır. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov aparıcı qəzetləri “Xaqani” 33-də yerləşən ofisdən köçürməyə köməklik etmişdir.
Ədliyyə Naziri Fikrət Məmmədov jurnalistlərin dustaqxanada saxlama şəraitinə əməl etmir: belə ki, onların tibbi yardım almaq, qəzet oxumaq və maneəsiz yazışma aparmaq hüquqları pozulur.
Milli Təhlükəsizlik naziàii Eldar Mahmudov Eynulla Fətullayevə qarşı qəzet materialına görə AR CM 214-cü (terrorçuluq) maddəsinə əsasən cinayət işi qaldırmışdır. Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun və deputat Cəlal Əliyevin də iddialarına əsasən jurnalistlər həbs edilib və ya şərti cəzaya məhkum olunublaà. Məmurlar arasında Insanların əsas haqları və azadlıqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsini pozaraq jurnalistləri həbsə aldıran və qəzetlərə qarşı ədalətsiz cərimə sanksiyaları təmin edən hakimlər də vardır:
Nərimanov rayon məhkəməsinin hakimi Müslüm Əliyev; Səbayel rayon məhkəməsinin hakimi Yusif Kərimov; Səbayel rayon məhkəməsinin hakimi Alim Namazov; Yasamal rayon məhkəməsinin hakimləri Məlahət Abdulmanafova və Isa Ismayılov; Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi Azər Orucov; AR Apellyasiya Məhkəməsinin hakimləri: Mirpaşa Hüseynov, Lətif Nəbiyev və Həmid Həmidov; AR Ali Məhkəməsinin hakimi Nəriman Hüseynov”.
*
Bu müraciəti 120 Vətəndaş Cəmiyyəti qurumlarının rəhbərləri imzalayıb. Imzatoplama prosesi davam edir.
Informasiya şöbəsi
(“Azadlıq” qəzeti)
Əvvəlki məqalə: "Müxalifət"çilər zindanda aclıq aksiyasına başladıqlarını bəyan edirlər
Sonrakı məqalə: Dr. Nurəddin Qərəvi: G8 toplantısında Putinin çıxışı və Azərbaycan