Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

SAMİR SƏDAQƏTOĞLUNUN və RAFİQ TAĞININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Mirzə Xəzər 22 İyn 2007

2007-06-22 – 14:18:00

Bu gün Apellyasiya Məhkəməsində «Sənət» qəzetinin baş redaktoru Samir Sədəqətoğlunun və qəzetin yazarı Rafiq Tağının apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. «Sənət» qəzetinin baş redaktorunun müavini Mübariz Xanağalının «Meda forum» saytına verdiyi məlumata görə, hazırlıq iclası çox az çəkib. Hakim sənədlərlə tanış olduqdan sonra iş üzrə prosesin iyunun 29-da saat 11.00-da keçiriləcəyini deyib.

Xatırladırıq ki, jurnalistlərin həbsinə «Sənət» qəzetinin1 noyabr 2006-cı il tarixli sayında R.Tağının «Avropa və biz» məqaləsi səbbə olub. S.Sədaqətoğlu və R.Tağı noyabrın 15-də həbs oluublar. Səbail Rayon Məhkəməsinin bu il mayın 4-də çıxardığı qərarla Samir Sədəqətoğlu 283.2.2 (milli, dini və irqi ayrıseçkilik) maddəsinə əsasən 4 il, Rafiq Tafiq Tağı 283.1 ( milli, dini və irqi ayrıseçkilik yaymaqda) maddəsinə əsasən 3 il azadlıqdan məhrum ediliblər.

«Media forum»

Əvvəlki məqalə: ELAN: Hörmətli dinləyicilər, nəzərinizə çatdırırıq ki, iyunun 26-da "Mirzə Xəzərin Səsi" İnternet Radiosu...

Sonrakı məqalə: SUMQAYITDA «YÜKSƏLİŞ NAMİNƏ» QƏZETİNİN BAŞ REDAKTORU və SİYASİ SIĞINACAQ İSTƏYƏN MÜXBİRİ SAXLANILIB