Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

"Müxalifət"çilər zindanda aclıq aksiyasına başladıqlarını bəyan edirlər

Mirzə Xəzər 22 İyn 2007

HƏSBDƏ OLAN «MÜXALİFƏT»çilər BƏYANATLA ÇIXIŞ EDİBLƏR 2007-06-22 – 20:28:00

«Azad mətbuata müharibə elan etmiş Azərbaycan hakimiyyəti nümayəndələrinin AŞPA-nın iyunun 26-da başlanılacaq seessiyasında iştirakına icazə verilməsinə etiraz olaraq biz aclıq aksiyasına başladığımızı bəyan edirik». Bu sözlər Bayıl təcridxanasında saxlanılan «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirlinin və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin bu gün yaydığı bəyanatdandır.

«Turan»ın məlumatına görə, bəyanatda müəlliflər AŞ-nin söz və mətbuat azadlığını demokratiyanın təməl prinsiplərindən saydığını, quruma üzv olarkən rəsmi Bakının üzərinə bu prinsipə əməl edəcəyi barədə öhdəlik götürdüyünü xatırladırlar. Müəlliflərin fikrincə, ya AŞ rəsmi Bakıdan bu öhdəliyinə əməl etməyi tələb etməli, ya da Azərbaycan nümayəndə heyətinin sessiyada iştirakına veto qoyulmalıdır.

Bəyanatda deyilir ki, AŞPA sifarişli məhkəmlər vasitəsilə azad sözü boğan rəsmi Bakının bu siyastəinə etiraz olaraq Azərbaycan nümayəndə heyətinin üzvlərini çıxış və səsvermədən məhrum etməlidir. Müəlliflərə fikrincə, AŞPA şablon bəyanat, loyal və yumşaq tənqidləri bir tərəf qoyub Belarusa tətbiq edilən sanksiyaları Azərbaycana da tətbiq etməlidir.

R.Kəbirli ilə Y.Ağazadə bildirlər ki, əgər AŞPA Azərbaycana sanksiyalar tətbiq etməzsə onlar bunu Azərbaycan xalqının bu beynəlxalq quruma olan ümidlərinin məhv kimi dəyərləndirəcəklər və bu AŞPA-nın da ABŞ kimi Azərbaycanda demokratiyanı Xəzər neftinə qurban verdiyini söyləməyə əsas olacaq.

(“Media Forum”)

Əvvəlki məqalə: SUMQAYITDA «YÜKSƏLİŞ NAMİNƏ» QƏZETİNİN BAŞ REDAKTORU və SİYASİ SIĞINACAQ İSTƏYƏN MÜXBİRİ SAXLANILIB

Sonrakı məqalə: Azərbaycandan Avropa Şurasına müraciət: Bunları Avropaya buraxmaq olmaz!