Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ATASI ÖTƏN İLİN MAY AKSİYALARINDA ŞƏHİD OLMUŞ OĞLUNUN ÖLÜMÜNÜ GİZLƏDİBMİŞ

Mirzə Xəzər 20 İyn 2007

2007-06-20 – 18:07:00

2006-cı ilin mayında Güney Azərbaycanda keçirilən etiraz aksiyalarında ETTELAAT əməkdaşlarının qətlə yetirdiyi milli fəallardan daha birinin adı məlum olub. Güney Azərbaycandakı mənbələrdən «Media forum»a verilən məlumata görə, qətlə yetirilmiş milli fəal təbrizli balası, Şəbüstər Universitetinin tələbəsi Sina Tariqdir.

S.Tariqin atası Təbriz bazarında xalça ticarəti ilə məşğul olur. O, oğlunun qətlə yetirilməsi xəbərini gec yaymasını ETTELAAT-ın hədələriylə əsaslandırıb. Atanın dediyinə görə, ETTELAAT əməkdaşları qətlə yetirdikləri milli fəalın meyitini ailəsinə təhvil verdikdən sonra bu barədə heç kimə məlumat verməmək barədə xəbərdarlıq ediblər. S.Tariqin atasına bildiriblər ki, oğlunun ölüm xəbərini yaysa, ailəsini müxtəlif təhlükələr gözləyəcək. Məhz bu təhdiddən ehtiyatlanan milli fəalın ailəsi bu günə qədər susmaq məcburiyyətində qalıb.

«Media forum»

Əvvəlki məqalə: Həbsdə olan qoşaçaylı milli fəalların valideynləri Qoşaçay ostandarlığı rəhbərliyinin əyləşdiyi binanın qarşısında oturaq aksiya keçiriblər

Sonrakı məqalə: QOBUSTAN HƏBSXANASINDA 200-dək MƏHBUS ÖLÜM ACLIĞINA BAŞLADI