Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi 28 may bayramına hazırlaşır

Mirzə Xəzər 25 May 2007

no comments

25.05.2007

Press-Reliz

Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi, bir sıra tədbirlər həyata keçirməyə davam edir. 28 müstəqillik günü münasibətiylə, Strasburqda əvvəlcə yürüş-festival, daha sonra Azərbaycan gecəsi təşkil olunacaq. 29 Mayda, yerli vaxtla 15-17 arası başlayacaq yürüş-festivalda, Strasburqda təhsil alan azərbaycanlılarla yanaşı, Almaniya və digər yaxın ölkələrdən gələn azərbaycanlı tələbələr də iştirak edəcək. Yürüşdə, xüsusi təbliğat xarakterli hazırlanmış maykalar (tee-shirt) geyiniləcək, yürüş zamanı milli Azərbaycan mahnıları səsləndiriləcək. Strasburqun Respublika meydanından başlayan yürüşdə, iştirakçılar Strasburqun mərkəzi küçələrindən keçərək Strasburqun mərkəzi meydanı sayılan Katedral meydanına qədər gedəcəklər. Katedral meydanında Azərbaycan milli rəqsləri ifa ediləcək, yerli əhaliyə broşuralar paylanılacaq.

Yürüş-festivala Strasburqdakı türk təşkilatları da dəstək verəcək. 29 May, yerli vaxtla 18.30-da Azərbaycanın Avropa Şurası yanındaki, daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqun Robertso bölgəsində yerləşən 3-cü Napolyonun yaşadığı tarixi bir qəsrdə rəsmi tədbir keçiriləcək. Tədbirdə azərbaycanlı tələbələrlə yanaşı, rəsmi şəxslər, xarici diplomatlar, o cümlədən Azərbaycandan gəlmiş qonaqlar iştirak edəcək. Eyni gün, saat 22.00-da isə, Strasburqun böyük əyləncə klublarından biri olan “Salamandre” klubunda Azərbaycan gecəsi təşkil olunacaq. Gecədə, Azərbaycanla bağlı qısa film göstəriləcək, müxtəlif janrda olan Azərbaycan mahnıları səsləndiriləcək, iştirakçılara xüsusi hazırlanmış maykalar paylanılacaq. Gecədə, eyni zamanda Fransanın məşhur Star Academic programında iştirak edəcək gənc fransız gitarist öz yeni mahnılarıyla konsert verəcək. Gecədə, Strasburqda və kənar şəhərlərdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, fransız və digər xarici tələbələr, Azərbaycandan gəlmiş qonaqlar, rəsmi şəxslər və xarici diplomatlar da iştirak edəcək.


Bu arada beynəlxalq gənclər təşkilatlarından biri olan COJEP ilə görüşlər keçirən ATAF-ın Strasburq şöbəsi, birgə layihələr üzərində işləmə barədə ümumi razılığa gəlinib. Bu yaxınlarda iki təşkilatın Avropa Şurasında birgə beynəlxalq konfrans təşkil etməsi nəzərdə tutulur.

Adress: 6, rue du Tonnelet Rouge, 67000, Strasbourg / FRANCE Phone: +33954775223 Email: strasforum@gmail.com

Əvvəlki məqalə: «Ilahi səs yalnız şeytanları narahat edə bilər»

Sonrakı məqalə: «İSTİQLAL BƏYANNAMƏSİ» ABİDƏSİ

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2963

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin