Təbriz ayağa qalxdı: Şəhərin Abresan meydanında polislə toqquşma baş verib
Mayın 22-si günortadan sonra Güney Azərbaycanın bir sıra şəhərlərində may hadisələrinin ildönümü ilə bağlı aksiyalar keçirilib. Güney Azərbaycan İstiqlal Partiyasının Analitik Mərkəzindən daxil olan məlumata görə, ən izdihamlı aksiya Güney Azərbaycanın paytaxtı Təbrizdə baş verib. Minlərlə insan milli şüarlar səsləndirərək Bazarağzından Abresana doğru yürüşə başlayıb. Aksiyaçılar Şərqi Azərbaycan ostandarlığının yerləşdiyi binanın qarşısına toplaşıblar. Burada "Haray, haray mən türkəm", "Azərbaycan bir olsun,
mərkəzi Təbriz olsun!" və digər milli şüarlar səsləndirilib. Günorta saatlarından Təbriz bazarı bağlanıb, mağazalar fəaliyyətini dayandırıb. Əhali mərkəzi meydana toplaşmağa başlayıb. Əraziyə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri gətirilib. Son saatlarda aldığımız məlumata görə, polis və təhlükəsizlik qüvvələri aksiyanı dağıtmağa cəhd edib və meydanda qarşıdurma baş verib. Məlumata görə, Güneyin digər şəhərlərində, o cümlədən Ərdəbil, Miyana, Urmu, Sulduz, Xoy, Mərənd və Qoşaçayda da aksiyalar keçirilib
("OLAYLAR"İA).
Əvvəlki məqalə: «AMNİSTİ İNTERNƏŞNL» TƏŞKİLATININ HESABATINDA AZƏRBAYCANDA JURNALİSTLƏRƏ QARŞI TƏZYİQLƏR SADALANIB
Sonrakı məqalə: Salam hormetli Mirze muellim
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2954