Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

TƏBRİZDƏ MİNLƏRLƏ İNSANIN İŞTİRAKI İLƏ AKSİYA KEÇİRİLİB, POLİS GÖZYAŞARDICI QAZDAN İSTİFADƏ EDİB

Mirzə Xəzər 22 May 2007

no comments


2007-05-23 - 12:10:00


Tebriz22may2007Prot0108_11_11
Bir neçə gün əvvəldən elan edilməmiş fövqəladə vəziyyətin hökm sürməsinə, minlərlə polis və ETTELAAT əməkdaşının şəhərin əsas küçə və meydanlarına nəzarət etməsinə baxmayaraq ötən ilin may hadisələrinin ildönümünü qeyd etmək, həmin aksiyada hökumət qüvvələrinin odlu silahla qətlə yetirdiyi onlarla şəhidin xatirəsini anmaq məqsədilə mayın 22-də Təbrizdə böyük etiraz aksiyası keçirilib.

«Media forum» saytının məlumatına görə, dünən təbrizlilər Tərbiyyət küçəsində, Təbriz bazarına gedən əsas yollarda, Saat qabağında, Rastaküçədə, «Məşrutə evi»nin qarşısında toplaşaraq saat 18-də aksiya keçirməyə başlayıblar. Təbrizin əsas küçələrində yerləşdirilən yerli polis və təhlükəsizlik qüvvələri, o cümlədən Tehrandan və digər bölgələrdən gətirilmiş silahlı qüvvələr aksiyaçıların bir meydanda birləşməsinin qarşısını almaq üçün əsas yolları bağlayıblar. Onlar aksiyaçıları dağıtmaq üçün dəyənəkdən və gözyaşardıcı qazdan istifadə ediblər.

Polis və təhlükəsizlik qüvvələri aksiyada iştirak edən qadınlara qarşı xüsusi qəddarlıq nümayiş etdiriblər, onları döyməklə yanaşı həm də həddindən artıq ağır söyüşlərlə təhqir ediblər.

Şəhərin müxtəlif yerlərində polislə qarşıdurmalara, təhlükəsizlik qüvvələrinin aksiyaçıları dağıtmaq cəhdlərinə baxmayaraq etiraz aksiyası saat 22 radələrinədək davam edib.

Qarşıdurmalarda 500 nəfərə yaxın nümayişçinin tutulduğu və gözləri bağlanaraq naməlum istiqamətə aparıldığı bildirilir.

«Media forum» saytına hələ ki, tutulanlardan ikisinin adı bəllidir: Təbriz Universitetinin tələbəsi Nadir Məhd Qarabağ və Urmiya Universitetinin tələbəsi Vəhid Purbaba.


«Media forum»

Əvvəlki məqalə: «ABŞ səfirliyi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin ofisinin bağlanması qərarı ilə bağlı dərin narahatlıq keçirir».

Sonrakı məqalə: Salam Mirze Xezer!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2949

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin