Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Eli Insanov 11 il azadlıqdan mehrum edildi, bütün varidatı da elinden alındı

Mirzə Xəzər 20 Apr 2007

no comments

Sabiq nazirin bütün varidatı da elinden alındı

Öten gün Ağır Cinayetlere Dair Işler üzre Mehkemede hakim Faiq Qasımovun sedrliyi ile sabiq sehiyye naziri Eli Insanova ve nazirliyin daha 10 emekdaşına hökm oxundu.

Prosese sedrlik eden hakim Faiq Qasımov hökmü elan ederken, belli oldu ki, sabiq sehiyye naziri Eli Insanov 1993-cü ilin noyabrın 9-dan 2005-ci il oktyabrın 20-dek sehiyye naziri vezifesinde çalışarken xidmeti vezifesinin icrası ile elaqedar özü ve üçüncü şexsler üçün qanunsuz üstünlük elde etmek meqsedile selahiyyetlerinden istifade etmekle fiziki ve hüquqi şexslerin obyektlerini, elece de dövlet mülkiyyetinde olan sehiyye obyektlerini «qanunvericilikde müyyen edilmiş qaydalara zidd» olaraq özününküleşdirib. O, bu niyyetlerini heyata keçirmek üçün Perviz Kazımov, Fexreddin Abbasov ve digerlerile qabaqcadan qrup teşkil edib. Sabiq sehiyye naziri qulluq selahiyyetlerinden sui-istifade edib sehiyye obyektlerinin texniki veziyyeti ve istifadesinin teserrüfat zeruriliyinin mövcudluğuna dair senedleri saxtalaşdırıb. Bezi hallarda ise kollektivin iradesine zidd ve onların iş şeraitini birleşdirmekle ele keçirilecek obyektleri özününküleşdirmesi üçün hüquqi ve faktiki esas yaradıb. Sabiq nazir Sehiyye Nazirliyinin Bakıda yerleşen dövlet mülkiyyetinde olan 3 xestexana, 4 poliklinika, 1 dispanser, 1 institut, 1 aptek, 5 idare ve müessisenin torpaq sahelerini, ümumilikde 16 obyekti oğlu Vidadi Insanovun, qızı Ayla Ştelenin ve bacısı oğlu Anar Namazovun adına keçirib. Qanunsuz olaraq ele keçirilen emlakın deyeri 2 milyard 737 milyon 203 min 571 manat teşkil edib. Hökmün tesviri hissesi elan edildikden sonra fasile elan edildi.

«Men ele bir mektub yazmamışam»

Fasileden sonra hakimler zala daxil olmazdan evvel sabiq nazir metbuatda onun adından yayılan mektub meselesine aydınlıq getirdi: «Bu çürük siyasetin müveqqeti qelebesidir. Men ele bir mektub yazmamışam. Heç kime de mektub göndermemişem. Bildirirler ki, guya hebsimden 10 gün sonra bele bir mektub yazıb kimlerese müraciet etmişem. Teleb edirem ki, hemin mektubun «kopiya»sını yox, eslini ortaya qoysunlar. Ekspertiza keçirib saxta olduğunu üze çıxarsınlar.

Xesteliyimle elaqedar baş prokurora, Elçin Behbudova ve prezidente müraciet edib hebs-qetimkan tedbirinin deyişdirilmesini teleb etmişem. Bütün bunlar barede aprelin 24-de geniş açıqlama vereceyem. Men Fikret Yusifova pul vermişem. Lakin Resul Quliyeve çatdırmaq üçün yox. Çevriliş şousunun mene aidiyyatı yoxdur. Men hemin pulları ona Leninqradda iş görmek üçün vermişem. Onunla üzleşmede de men bunları demişem. Indi teessüf edirem ki, ondan istifade edibler. Son sözümden sonra mene qarşı texribatlar başlayıb...

Rizvan Talıbovu tutublar. Bu onların son qığılcımıdır.

Aprelin 24-de daha geniş açıqlama vereceyem. Sehhetim son derece yaxşıdır. Belimdeki ağrılara gelince, onun heç bir tehlükesi yoxdur. Bunlar ne deseniz ede bilerler. Men bunu heyecandan, qorxudan demirem».

Bu meqamda dövlet ittihamçısı Kamran Eliyev E.Insanovdan çıxışını yekunlaşdırmasını teleb etdi.

«Men çıxıb edaletsizlik edenleri ezişdireceyem...»

Sabiq nazirin vekili Toğrul Babayev ise dövlet ittihamçısına xitaben qeyd etdi ki, hüquqlarını müdafie etdiyi şexsin ona atılan böhtanlara başqa cür münasibet bildirmek imkanı yoxdur.

T.Babayevin bu sözleri dövlet ittihamçısının esebileşmesine sebeb oldu.

K.Eliyev: Siz kimsiz?

T.Babayev: Bes siz kimsiz?

K.Eliyev: Özünüzü yığışdırın.

T.Babayev: Siz özünüzü yığışdırın.

Daha sonra dövlet ittihamçısı K.Eliyev sabiq sehiyye nazirine müraciet etdi:

K.Eliyev: Buradan siyasi tribuna kimi istifade edirsiniz.

E.Insanov: Bes men ne edim. Çıxış yolunu deyin, biz de ele edek.

Bu meqamda diger dövlet ittihamçısı Çingiz Şükürov da meseleye müdaxile etdi:

Ç.Şükürov: Apellyasiya Mehkemesi var, ora müraciet edersiniz.

E.Insanov: Deyirsiniz ki, Apellyasiya Mehkemesi bu mehkeme instansiyasının qerarını leğv edecek?

Ç.Şükürov: Beli, edecek.

E.Insanov: Onda etiraf edirsiniz ki, bu mehkemenin qerarı sehvdir. Görürsünüz, Çingiz müellim de mehkemenin sehv qerar çıxaracağını etiraf edir.

Kamran Eliyev: Eli Insanov publikaya çıxış etmek lazım deyil.

Eli Insanov: Siz menim el-qolumu bağlamısınız, danışmağa da qoymursunuz. Deyir mene meymun dediyin bes deyil...

K.Eliyev: Biz sizin el-qolunuzu bağlamamışıq.

E.Insanov: Düz deyirsiz, siz menim el-qolumu bağlaya bilmezsiniz. Men çıxıb edaletsizlik edenleri ezişdireceyem. Rizvan Talıbovun bir qolu işlemir. Güya polise müqavimet gösterib. O bir qolu ile polise nece müqavimet göstere bilerdi? O bazar günü bir tedbir keçirmek isteyirdi. Onu hemin tedbiri keçirmesin deye tutublar.

Bu yerde hakimler zala daxil olub hökmün esaslandırma hissesini elan etdiler. Bundan sonra ise teqsirlendirilen şexsler barede mehkemenin hökmü elan edildi. Faiq Qasımov teqsirlendirilen şexslerden Hacı Eliyevden savayı digerlerinin ittihamlarla razı olmayıb özlerini teqsirli bilmediklerini de dedi.

Belelikle AR CM-nin 179.3.2-ci (menimseme ve ya israf etme), 306.2-ci (mehkemenin hökmünü, qerarını, yaxud diger aktını icra etmeme), 311.3.1, 311.3.2 ve 311.3-cü (rüşvet alma), 313-cü (vezife saxtakarlığı) günahkar bilinen Eli Insanovun emlakı müsadire olunmaqla 11 il müddetine, Sehiyye Nazirliyinin Eczaçılıq ve Tibbi Texnika Şöbesinin sabiq reisi Akif Meherremov emlakı müsadire olunmaqla 8 il 7 ay 24 gün, Perviz Kazımov, Eli Insanovun bacısı oğlu Anar Namazov ve Fexreddin Abbasov 7 il 6 ay, Eldar Rzayev 7 il, SN Beynelxalq şöbesinin sabiq müdiri Aleksandr Umnyaşkin 2 il 9 ay 17 gün hebs cezasına, Fuad Mahmudov, Hacı Eliyev ve Şövqi Ceferov 5 il şerti, Vekil Abbasov ise 4 il şerti hebs cezasına mehkum edildiler.

Vazeh BEHRAMOĞLU

("Bakı Xəbər" qəzeti)

Əvvəlki məqalə: DDAK-ın İH-nın keçmiş üzvü Yeganə Əmiraslanovanın diasporanın vəziyyətinə dair Mirzə Xəzərə məktubu

Sonrakı məqalə: EYNULLA FƏTULLAYEVİN MÜAVİNİNƏ QARŞI TERROR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2859

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin