Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

AVROPA KOMİSSİYASININ PREZİDENTİ XOSE MANUEL BAROZO: «AVROPA BİRLİYİ ABBAS LİSANİNİN MƏSƏLƏSİNİ ÇOX YAXINDAN İZLƏMƏKDƏ DAVAM EDƏCƏK»

Mirzə Xəzər 30 Mar 2007

no comments

2007-03-30 - 11:05:00




İranda həbs olunmuş azərbaycanlı fəal Abbas Lisaninin məsələsi Avropa Birliyində ən yüksək siyasi səviyyədə diqqət mərkəzindədir. Martın 20-də Avropa Komissiyasının prezidenti Xose Manuel Barozo bu məsələ ilə bağlı Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Paulo Kasakanın məktubuna cavab yazıb.

Azərbaycan Gənclər Federasyonu İsveçin rəhbəri Nərgiz Nedainin «Media forum» saytına verdiyi məlumata görə, cavab məktubunda X.Barozo bildirib ki, Avropa Komissiyası Lisaninin azərbaycanlıların mədəni hüquqları uğrunda dinc aksiyalarda iştirak etdiyinə görə görə həbs edilməsindən və onun hazırkı vəziyyətindən xəbərdardır: «Sizin xahişinizə uyğun olaraq mən cənab Lisaninin məsələsinə xüsusi diqqət yetirmişəm. Mən başa düşürəm ki, o, Ərdəbil həbsxanasında olduqca ağır şəraitdə saxlanır. Onun ailəsinin də vəziyyəti çox dəhşətlidir. Cənab Lisani 2007-ci il yanvarın 31-də aclıq aksiyasını dayandırıb və onun saxlanma şəraiti artıq həyat üçün təhlükəli deyil».

Avropa Birliyinin Lisani məsələsini xüsusi diqqətdə saxlayacağını bildirən M.Barozo yazır: «Müvafiq diplomatik kanallar vasitəsilə Avropa Birliyi İranda insan hüquqları, eləcə də etnik azlıqların dil və mədəni hüquqları ilə bağlı vəziyyəti çox yaxından izləyir. Avropa Birliyi cənab Lisaninin məsələsini çox yaxından izləməkdə davam edəcək».

Avropa Parlamentinin portuqaliyalı üzvü P.Kasaka Lisani ilə əlaqədar müraciəti Avropa Komissiyasının prezidenti X.Barozoya bu ilin fevralında göndərmişdi. Məktubda Kasaka hələ ötən ilin noyabrında Lisaninin məsələsini qaldırdığını, amma onun sorğusuna cavab verilmədiyini xatırlatmışdı.

Kasaka öz sorğusunda qeyd etmişdi ki, Lisani hüquq müdafiəçisi, siyasi fəaldır, hazırda Ərdəbil həbsxanasındadır, həbsxanada aclıq aksiyası keçirir, onun ailəsinə təzyiqlər edilir və bütün bunları nəzərə alıb Lisaninin işinə daha diqqətlə yanaşmaq lazımdır.

2006-cı ilin mayında «İran» qəzetində dərc edilmiş karikaturaya etirazına görə iyun ayının 3-də tutulan, Ərdəbil mitinqçilərinə başçılıq etmək, ictimai asayişi pozmaq və dövlət əleyhinə təxribat törətmək ittihamları ilə məhkəmə tərəfindən 16 ay həbs və 50 şallaq zərbəsi cəzasına məhkum edilən, sentyabrın 26-da isə 8 min ABŞ dolları məbləğində mülk girovunun müqabilində zaminə buraxılan Lisani oktyabrın sonundan bir başqa ittihamla həbsdədir. O, 2006-cı ildə İranda yeni dərs ilinin başladığı vaxt (23 sentyabr) Azərbaycan dilində təhsilin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyaların təşkilatçılığında günahlandırılır.

Hazırda Ərdəbil mərkəzi həbsxanasının 7-ci bölməsində saxlanılan A.Lisani 200-ci il yanvarın 1-dən 31-dək həbsxanada aclıq aksiyası keçirib.


«Media forum»

Əvvəlki məqalə: Sirus Təbrizli : “Vaxtilə demişdim ki, hakimiyyət simasız quldurlardan təmizlənməsə, Azərbaycanın vəziyyəti yaxşı olmayacaq”

Sonrakı məqalə: Əli İnsanov: “YAP YAXIN VAXTLARDA DAĞILACAQ”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2800

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin