Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Almaniyada yaşayan azərbaycanlıların müraciəti

Mirzə Xəzər 30 Mar 2007

no comments


"BBC- nin verdiyi məlumata görə 26 mart 2007 - ci ildə BMT..nin İnsan Haqları Şurasında keçirilən növbəti iclasda belə qərara gəliblər ki, İran və Özbəkistanın üzərindən daimi və nizamlı nəzarəti götürsünlər. Bu təklifi Azərbaycan, Zimbabve və Banqıladeş ölkə nümayəndələri BMT -də aktual məsələ kimi ortaya qoyublar .

Biz Almanıyanıyada yerləşən Azərbaycanlılar, sülalə hakimiyyətinin Azerbaycan xalqina qarşı atdığı bu addımı pisləyirik. Hələ fars rejiminin əli ilə şəhid olmüş igidlərimizin qanı gurumayib, hələ fars zindanlarında qətlə yetirilmiş və gecə meyitləri El gölünə atılmış Azərbaycan balalarının Anaları matəm içindədirlər. hələ iran hebsxanalarinda yüzdən çox milli fəallarınız cismi və ruhi işkəncə altındadırlar, yüzlərlə Ana dilimizdə yayılan jurnallar yasaqlanmisdir. Belə bir vəziyyətdə iran adlanan ölkəni BMT-nin insan Haqları Şurasının nəzarəti altindan çixartmaq Azərbaycan milləti ilə açıq düşmənçilik deməkdir. İran Hakimiyəti təkcə 35 milyon türkün insan Haqlarini taptalamır, eyni zamanda onun milli varlıqıni planlaşdırılmış şəkildə talan etmekdedir. İran Hakimiyyəti mahiyyət etibarı ilə Azərbaycanın dovlətçiliyinin qati düsməni olan ermənistan və rusiya ilə stratejik dostluq aparan düşmən mövgededeir. Əliyev Rejimi Fars şovinisti və onun millətə qarşı olan siyasətlərinə dəstək verməkle , Azərbaycan dovlətçiliyinə və millətçiliyinə zidd olan siasətə güc verir. Belə bir siyasi intihara imza atmis Aliyev rejiminin Azərbaycan dovlətini idarə etməyə heç bir səlahiyyəti yoxdur . Sözdə 50 milyonlug Azərbaycandan danismag və əməldə işqalçı erməsintanla bir yerdə fars şovonistinə dəstək vermək Əliyev hakimiyyətinin həqiqi mahiyyətini ortaya goymuşdur.
Əlbətdə ki, biz bu nobəti xeyanəti Əliyev rejiminin umumi siyasətinin bir parcasi hesab edirik. Neçə ildir ki, milli hisslerimizi mehv etməyə çalışırlar. Həmin siyasətin neticesində milli demokratik təşkilatları dağıtmaga və yaxud zərərsizləşdirməyə cəhd edirlər. Bu Rejim Azərbaycanının müqəddəs Atributları altında gizlənərək , simasız kölələri satın alaraq , diyaspora təşkilatlarını o cumlədən DAK-i paran – parça etdi. Bakıda Türk Dünyası adı altında toplanıb Azərbaycanın güneyində yaşıyan 35 milyon Türkün adını çəkməyə belə yasaq goyuldu. Bunlar təsadüfi hadisələr deyil, əksinə sistemli anti milli siyasətin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan milləti artıq oyanıbdır, ve “ o tay bu tay bir olsun “ , “ ya Qarabağ ya ölüm “ şüarları düşmənlə birlikdə satqınların canına gorxu salmişdir.

Yaşasın bütöv və demokratik Azərbaycan!

30.03.07

(mənbə: http://www.azadtribun.net/Turkce.htm)

Əvvəlki məqalə: Danimarkada Vətən Cəmiyyəti yaranıb

Sonrakı məqalə: Demokratik Dünya Azərbaycanlıları Konqresinin 31 Mart azərbaycanlıların soyqırımı günü ilə bağlı müraciəti

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2806

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin