Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Sirus Təbrizli: «Onun Heydər Əliyevin heykəllərini ucaltmaq siyasəti və icra başçılarının hesabatı kommunist riyakarlığıdır»

Mirzə Xəzər 28 Mar 2007

no comments

Sirus Təbrizli Ramiz Mehdiyevi riyakar adlandırdı

29 mart 2007
«Onun Heydər Əliyevin heykəllərini ucaltmaq siyasəti və icra başçılarının hesabatı kommunist riyakarlığıdır»
“Bu necə demokratiyadır ki, tənqidə görə partiyadan xaric edirlər", - deyə “Turan”a müsahibəsində hakim “Yeni Azərbaycan” partiyasının sabiq sədr müavini Sirus Təbrizli bu təşkilatdan xaric edilməsi haqqında YAP Siyasi Şurasının qərarını şərh edərək bildirib. Onun sözlərinə görə, ölkədəki vəziyyət barədə dövlət başçısını düzgün məlumatlandırmırlar.
YAP “ölkədə hər şeyin yaxşı olduğunu” deyən prezidentin icra apparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən idarə olunur. “Ramiz Mehtiyev 70 il ölkədə hər şeyin yaxşı olduğunu deyən, lakin hər şeyin süqutla başa çatdığı kommunist ideologiyasına sadiqdir. Bax, bunda mən Mehdiyevdən fərqlənirəm. Hələ 2,5 il bundan əvvəl mən partiyadakı çatışmazlıqlar, onun prinsiplərinə və sadiq üzvlərinə qarşı biganəlik barədə danışmışam. Bu gün mən eyni şeyi təkrar etmişəm",- deyə S.Təbrizli qeyd edib.
YAP-ın yaradılmasında oynadığı roldan danışan Təbrizli deyib ki, hətta partiyanın adını da o fikirləşib və Heydər Əliyev bunu qəbul edib. S.Təbrizli partiya sıralarından xaric edilməsini faciə saymır. “Mən Kommunist Partiyasının partbiletini atanda o da Yazıçılar Ittifaqında müzakirə edilib, lakin nəticədə kompartiya dağılıb. Bax indi məni ”Yeni Azərbaycan"dan xaric edirlər", -deyə S.Təbrizli vurğulayıb. S.Təbrizli gələcək siyasi fəaliyyəti barədə sualdan yayınıb. “Mən xalq hərəkatına Qarabağ problemilə əlaqədar gəlmişdim. Mənim hakimiyyətə qarşı bu günkü tənqidim 2008-ci ildə xalqın yenidən Ilham Əliyevə səs verməsi üçün mövcud problemləri aradan qaldırmaq istəyilə bağlıdır”, - deyə o bildirib.
O prezidentin əmisi Cəlal Əliyevlə siyasi partiya yaratması haqqında KIV-lərin xəbərlərini təkzib edib. “Mən 2,5 il bundan əvvəl siyasətdən kənarlaşmışam və hətta parlament seçkilərində də iştirak etməmişəm. Bütün bu dövr ərzində mən YAP-a getməmişəm", -deyə S.Təbrizli qeyd edib.
Daha sonra S.Təbrizli YAP rəhbərliyi ilə əlaqə saxlamayan Ilham Əliyevin mövqeyini tənqid edib. “Heydər Əliyev ildə bir neçə dəfə müavinlər və partiyanın Idarə Heyətinin üzvlərilə görüşürdü, YAP-ın indiki sədri Ilham Əliyev isə partiyanın 2005-ci ilin martında keçirilən qurultayından sonra bir dəfə də olsun belə görüş keçirməyib”.
S.Təbrizli Ilham Əliyevi həmçinin yerli mətbuata əhəmiyyət vermədiyi üçün tənqid edib: “Heydər Əliyev aeroportda və tədbirlərdə daima mətbuatla ünsiyyətdə olub, Ilham Əliyev isə bunu etmir”. O istehzalı şəkildə qeyd edib ki, bəlkə jurnalistlərin Siruz Təbrizlinin partiya sıralarından kənarlaşdırılmasının səbəblərini Ilham Əliyevdən soruşmaq imkanı oldu. “Ilham Əliyev cavandı və ölkədəki vəziyyəti dəyişmək iqtidarındadır. “Bunun üçün o ətrafını təmizləməlidir, lakin onlar məni kənarlaşdırmağı üstün tutdular”, - deyə S.Təbrizli şikayətlənib.
Onun Nizamnaməni və partiyanın xəttini pozması haqqında ittihamlara gəldikdə isə, Təbrizli hesab edir ki, bu “cəfəngiyyatdır” və mövcud qərar prezidentə xeyir gətirməyəcək. S.Təbrizlinin fikrincə, Mehdiyevin bütün ölkə üzrə Heydər Əliyevin heykəllərini ucaltmaq siyasəti və icra hakimiyyəti başçılarının hesabatları kommunist riyakarlığıdır. “Seçkilərdə son sözü icra hakimiyyəti başçıları yox, xalq deyir”,- deyə Təbrizli yekunlaşdırıb.

("Azadlıq" qəzeti)

Əvvəlki məqalə: Hüseyn Abdullayevin onun hüquqlarını müdafiə komitəsi ölkə rəhbərlərinə müraciət edib

Sonrakı məqalə: Elman Mustafazadə: BU SƏS HEÇ ZAMAN SUSMAZ

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2796

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin