Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Hüseyn Abdullayevin onun hüquqlarını müdafiə komitəsi ölkə rəhbərlərinə müraciət edib

Mirzə Xəzər 28 Mar 2007

no comments

Seçiciləri Abdullayevin müdafiəsinə qalxdı

29 mart 2007

huseyn_abdullayevHəbs edilən millət vəkili Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi ölkə rəhbərlərinə müraciət göndərib.
Millət vəkilinin seçicilərinin yaratdığı bu komitənin müraciəti prezident I.Əliyevə, baş prokuror Z.Qaralova, ədliyyə naziri F.Məmmədova, Apellyasiya Məhkəməsinə, Milli Məclisin Nizam-Intizam Komissiyasına ünvanlanıb. Müraciətdə yazılır: “Millət vəkili Hüseyn Abdullayevin Ali Qanunun tələblərinə zidd olaraq həbs olunmasına diqqətinizi yönəltmək istəyirik. Birincisi, konstitusiyanın 91-ci maddəsi deputatın Milli Məclisdəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb olunmasını qadağan edir. Ikincisi, H.Abdullayevə qarşı irəli sürülən ittihamlar düzgün tövsif edilməyir. Peşəkar operatorların çəkdiyi kadrlardan görünür ki, birinci iki (!?) yumruğu münaqişənin ikinci tərəfi (deputat F.Ağamalı) atıb. Yəni, H.Abdullayevin hərəkəti zəruri özünü müdafiə tədbiri kimi tövsif edilməlidir. Deputata qarşı həbs-qətimkan tədbiri seçilməsi anlaşılan deyil və öncədən qurulan təxribat ssenarisinə oxşayır. Sifarişli istintaqın nəticəsindən asılı olmayaraq H.Abdullayev de-yuri milət vəkilidir. Lakin həbsə atılması de-fakto, onun deputat səlahiyyətlərini yerinə yetirməyə mane olur. Bu isə ilk növbədə biz seçicilərin hüquqsuz qalmağımız deməkdir”.
Müraciət müəllifləri xahiş edirlər ki, H. Abğdullayev barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin və o, seçicilərinin zəmanətinə verilsin.
Ombudsman Hüseyn Abdullayevlə görüşüb
Insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova dünən Bayıl təcridxanasında H.Abdullayevə baş çəkib.
Ombudsman aparatından aldığımı məlumat görə, H.Abdullayev E.Süleymanova ilə söhbətində təcridxanada saxlanma şəraitindən narazılıq etməyib. O, həmçinin bildirib ki, təcridxana rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmayıb. Deputat ombudsmanın nəzərinə çatıdırıb ki, barəsində seçilmiş həbs qəti-imkan tədbirindən narazıdır, bu baxımdan vəkili tərəfindən Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. H.Abdullayev səhhətində olan problemlərlə bağlı həkimlər tərəfindən müayinə edildiyini də E.Süliyemanovun diqqətinə çatıdırıb. O, ombudsmandan “saxlanma şəraitinin araşdırılması” məsələsində yardımçı olmasını xahiş edib. E.Sülyemanova da öz növbəsində respublika prokurorluğuna müraciət edib.
Millət vəkilinin apellyasiya şikayətinə martın 30-da baxılacaq
H.Abdullayev barəsində Nəsimi rayon Məhkəməsinin 19 mart tarixli qərarından verilmiş apellyasiya şikayətinə martın 30-da baxılacaq. Deputatın vəkili Kamandar Nəsibovun verdiyi məlumata görə, proses hakim Ələkbər Quliyevin sədrliyi ilə keçiriləcək. Vəkil bildirib ki, H.Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin digər qətimkan tədbirləri olan zaminlik, girov və ya ev dustağı ilə dəyişdirilməsini istəyirlər.

Seyid

("Azadlıq" qəzeti)

Əvvəlki məqalə: QOBUSTAN TÜRMƏSİNDƏ 20 MƏHBUS ACLIĞA BAŞLADI

Sonrakı məqalə: Sirus Təbrizli: «Onun Heydər Əliyevin heykəllərini ucaltmaq siyasəti və icra başçılarının hesabatı kommunist riyakarlığıdır»

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2797

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin