QOBUSTAN TÜRMƏSİNDƏ 20 MƏHBUS ACLIĞA BAŞLADI
Dünən Qobustan Qapalı Təcridxanasında 20 dustaq aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı adının çəkilməsini istəməyən mötəbər mənbə verib.
Məlumatda bildirilir ki, müxtəlif dövrlərdə ömürlük həbs cəzasına məhkum edilən həmin məhbuslar barələrindəki qərarın dəyişdirilməsini, cəza müddətlərinin 15 ilə endirilməsini tələb edirlər. Mənbə bildirir ki, məhbuslar həm də təcridxanadakı dözülməz şəraitdən narazıdırlar. Onlar dustaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində təcili tədbirlər görülməsi tələbini irəli sürürlər.
NƏSİMİ
("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: Əli Insanov: “Məni öldürə bilərsiz, amma qorxuda bilməzsiz”
Sonrakı məqalə: Hüseyn Abdullayevin onun hüquqlarını müdafiə komitəsi ölkə rəhbərlərinə müraciət edib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2795