Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Əli İnsanov: «Mənə qarşı sui-qəsd cəhdi var. Prezidentə əvvəllər yazdığım məktubumda da bunu qeyd etmişəm."

Mirzə Xəzər 27 Mar 2007

no comments

ƏLİ İNSANOV: «MƏNƏ QARŞI SUİ-QƏSD CƏHDİ VAR»
2007-03-27 - 16:32:00


«Mənə qarşı sui-qəsd cəhdi var. Prezidentə əvvəllər yazdığım məktubumda da bunu qeyd etmişəm. Məni qorxutmaq mümkün deyil. Bu əcaib oyunlardan əl çəkin. Mən ölümdən qorxmuram. Əli İnsanovu öldürə bilərsiniz. İqtidarın əleyhinə danışanların heç biri öz əcəli ilə ölməyib. Məni qorxuda bilməyəcəksiniz. Çünki 8 milyon var və onların hamısını öldürmək mümkün deyil». Bu sözləri keçmiş səhiyyə naziri Əli İnsanov bugünkü məhkəmə prosesində deyib.

«Turan» İnformasiya Agentliyinin məlumatına görə, Ə.İnsanov bildirib ki, bayram günlərində onun həbsxanada ölümü ilə bağlı yayılan şayiələr də sui-qəsd cəhdinin qüvvədə olmasına işarədir: «Mənim qohumlarımı, yaxınlarımı da nigarançılıqda saxlamaq istəyirsiniz. Ancaq Əli İnsanovu qorxutmaq mümkün deyil».

Sabiq nazir eyni zamanda məhkəməyə sədrlik edən hakimə bildirib ki, bayram günlərində ona müdafiəçiləri ilə görüş imkanı yaradılmayıb: «Martın 19-da bütün məhkəmə iclası bayram günlərində mənim müdafiəçilərimlə görüşümə icazə verilməsi məsələsinə həsr edildi. Ancaq siz qərar qəbul etmədiniz. Mən bayram günlərində bir neçə gün müdafiəçilərimlə görüşə bilmədim. Yalnız ATƏT-in Bakı ofisi və İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov işə qarışdıqdan sonra müdafiəçilərimlə görüşə icazə verilib. Mən onlara təşəkkür edirəm».

Hakim Faiq Qasımov isə görüşlə bağlı qərarı martın 19-da məhkəmədən sonra qəbul etdiyini söyləyib. Hakimin bu sözü Ə.İnsanovun növbəti bəyanatına səbəb olub: «Siz müstəqil deyilsiniz. Göstəriş alandan sonra qərar qəbul edibsiniz. Belə olmasaydı, məhkəmə zalında qərar qəbul edərdiniz».

Sabiq səhiyyə naziri eyni zamanda onu müdaifə etdiyinə görə eks-prezident Heydər Əliyevi hakimiyyətə dəvət etmiş, məşhur «91-lər»dən olan Arif Abduləliyevə, müstəqil mətbuata, onun ad gününü təbrik edənlərə və ad günü münasibətilə xüsusi buraxılış çap edən «Azadlıq» qəzetinə təşəkkürünü bildirib.

İnsanov həmçinin onun Moskvada nəşr olunmuş «Vərəm» dərslik kitabının Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycana buraxılmadığını deyib: «Bu, hakimiyyətin çirkin əməlidir. «Vərəm» kitabı siyasi ədəbiyyat deyil. Kitab Avropa və MDB-də yayılıb».

Sonra məhkəmə Səhiyyə Nazirliyinin özəlləşdirilmiş obyektləri ilə bağlı istintaqda zərərçəkmiş kimi tanınan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsi Qəhrəman Əliyevə suallar verib.

Q.Əliyevin çıxışına münasibət bildirən Ə.İnsanov qeyd edib ki, özəlləşdirilən obyektlərin sayı azaldılıb: «Onların sayı 30 deyil, 60-dır. 30 obyektin özəlləşdirilməsi məsələsi istintaq tərəfindən gizlədilib. Məsələn, Heydər Əliyev Fondu Səməd Vurğun küçəsində Səhiyyə Nazirliyinin balansında olan 5 hektar ərazini heç kimdən icazə almadan, heç kimin xəbəri olmadan zəbt edib, dağıdıb, ağacları kəsib yerində XXI əsr tədris mərkəzi tikib. İstintaq bunu niyə araşdırmayıb?»

Ə.İnsanovun bu sözləri dövlət ittihamçısının və məhkəməyə sədrlik edənin etirazı ilə qarşılanıb. Hakim F.Qasımov sabiq nazirin məhkəməyə aid olmayan məsələyə toxunduğunu deyib və ona xəbərdarlıq edib. Hakim həmçinin onu bir daha məhkəməyə aid olmayan məsələyə toxunacağı təqdirdə iclas zalına buraxmayacağını vurğulayıb. «Əcəb edirəm deyirəm. Çünki qorxursunuz. Məni zəhərləyərlər, günahı sizin boynunuzda qalar» deyə sabiq nazir hakimə cavab verib.

Ə.İnsanov eyni zamanda Səhiyyə Nazirliyinin istifadəçisi olduğu obyektlərin özəlləşdirilməsinin ona aidiyyəti olmadığını bildirib: «1997-ci ildən prezident fərmanı ilə dövlət mülkiyyəti Dövlət Əmlak Komitəsinə verilib. Əmlakın sahibi, özəlləşdirməyə cavabdeh, qiymətləndirmə, icarəyə vermə məsələlərini bu komitə həyata keçirir. Məhkəmə və istintaq zamanı isə sübut olunub ki, mən bu komitəyə nə fiziki, nə mənəvi, nə də psixoloji təsir etmişəm. Onda necə olur ki, mən həbsdəyəm, Dövlət Əmlak Komitəsinin sədri isə azadlıqdadır? Mən onun da həbsini istəmirəm. Amma Əmlak Komitəsinin tərəzisi olmalıdır. Tərəzinin bir gözündə qiymət, o biri gözündə isə həqiqət olmalıdır».


("Media Forum")

Technorati Tags: , ,

Əvvəlki məqalə: «NOTA BENE»çilərin APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB

Sonrakı məqalə: İranda həbsdə saxlanan azərbaycanlı fəallardan bir neçəsi Novruz bayramı ilə əlaqədar olaraq sərbəst buraxılıb

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2788

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin