DAK-ın toplantısında qalmaqal, Sabir Rüstəmxanlı Cavad Derəxtini ittiham edib
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Idarə Heyətinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda partiya rəhbərliyində təmsil olunanlar arasında qarşılıqlı ittihamlar səsləndirilib və DAK-ın fəaliyyətindəki neqativ hallar araşdırılıb. DAK sədri Cavad Derəxti qurumun Məclisinin fəaliyyətindən narazılığını bildirib. Onun sözlərinə görə, internetdə poltak vasitəsilə keçirilən toplantılara Məclis üzvlərinin əksəriyyəti qatılmır. DAK Məclisinin sədri Sabir Rüstəmxanlı isə C.Derəxtini təşkilatı parçalanmaya yönələn belə ittihamlara yol verməməyə çağırıb: “Məclisə təqdim etdiyiniz şəxslərin bəzilərinin yeri-yurdu bəlli deyil. DAK-ı parçalamaq yolu tutmayın”. DAK sədrinin müşaviri Tənzilə Rüstəmxanlı da qurumun rəhbərliyini tənqid edib və onun fikirlərinin qarşısını heç kimin almaq iqtidarında olmadığını deyib: “Bu günə kimi etdiklərimiz üçün heç kimdən ”sağ ol” gözləmirəm. Mənim dediklərimi də normal qəbul edin”. Sonra toplantıda mübahisə yaranıb. DAK Məclisinin üzvü Eldar Qaradağlı ilə tədbirə dəvət olunan Əli Süleymani ilə mübahisə yaranıb. Qarşılıqlı ittihamlarla davam edən tədbiri T.Rüstəmxanlı və Qüdrət Həsənquliyev tərk ediblər. DAK Məclisinin sədri S.Rüstəmxanlı bildirib ki, toplantı bu gün davam etdiriləcək.
(“Azadlıq” qəzeti, 13.03.2007)
Əvvəlki məqalə: DAK-ın toplantısında qalmaqal, Sabir Rüstəmxanlı Cavad Derəxtini ittiham edib
Sonrakı məqalə: Nurəddin İsmayılov: Xilaf çıxdıq Vətən əmanətinə, insanlıq zəmanətinə