Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

TƏBRİZDƏ XANIM FƏALLARDAN BİRİNİ TUTUB, İKİSİNİ ZAMİNƏ BURAXIBLAR

Mirzə Xəzər 12 Mar 2007

2007-03-12 – 19:25:00

Güney Azərbaycan mənbələrindən «Media forum» saytına verilən məlumata görə, martın 11-də təbrizli gənc xanım fəallardan olan Nəsrin Rəzəvi vərəqələr yayarkən ETTELAAT məmurları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Onun harada saxlandığı hələ bəlli deyil.

Milli fəal Təbrizin Pərvaz şəhərciyində yaxalanıb.

Güneydən «Media forum»a verilən başqa bir məlumata görə, 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Təbrizin Rasta Küçə meydanında vərəqələr yaydığına görə tutulmuş iki bacı – Mərziyyə Ciddi və Zəhra Ciddi martın 8-də bir neçə milyon tümənlik girov müqabilində zaminə buraxılıblar.

Onların həbsdə işgəncələrə məruz qaldıqları, döyüldükləri bildirilir.

Daha bir milli fəal – Səfərəli Xoeyni (Aydın) 18 gün həbsdə saxlandıqdan sonra 30 milyon tümən (təxminən 33 min dollar) girov müqabilində zaminə buraxılıb.

O, 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Zəncanda keçirilmiş aksiyalarda iştirak etdiyinə görə tutulmuşdu.

«Media forum»

Əvvəlki məqalə: İRAN TERROR ŞƏBƏKƏSİNİ XARİCDƏKİ MƏKTƏB VƏ XƏSTƏXANALARINDA DA QURUB

Sonrakı məqalə: Natiq Efendiyev hebsxananın müalice hissesinden çıxarıldı