Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

STOKHOLMDA XOCALI SOYQIRIMINA ETİRAZ MİTİNQİ KEÇİRİLDİ

Mirzə Xəzər 27 Fev 2007

TƏCAVÜZKAR ERMƏNİSTAN ƏLEYHİNƏ BİRGƏ ADDIM: XOCALI SOYQIRIMINA ETİRAZ MİTİNQİ KEÇİRİLDİ

24 fevral 2007 tarixində, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızın Xocalı şəhərində, təcavüzkar Ermənistan tərəfindən 15 il bundan əvvəl xalqımıza qarşı törədilmiş qanlı soyqırıma etiraz mitinqi keçirildi. Güney Azərbaycan Konqresi və Dünya Azərbaycanlıları Konqresinin əməkdaşlığı ilə Stockholm şəhərmərkəzində keçirilən mitinq, yerli vaxtla saat 15:00-da, Azərbaycan dövlət himni ilə açıq elan edildi. Xocalı soyqırımının qurbanilərinin xatirəsi bir dəqiqə sükutla yad edildikdən sonra, müxtəlif dillərdə GAKDAK-ın müraciətləri, iki təşkilatın müştərək müraciəti və Xocalı soyqırımı ilə erməni terroru barədə yerli əhaliyə məlumatlar verildi. Xocalı soyqırımını əks etdirən müxtəlif formalarda plakatlar, broşurlar və soyqırım şəhidlərimizin şəkilləri, mitinq meydanını bəzəyirdi və paylanırdı. Stockholmun soyuq havasında bir saat sürən mitinq, Güney Azərbaycan Milli Hökümətinin (Pişəvəri Hökümətinin) himni ilə başa çatdı.

Müraciətlər, foto-şəkillər və video-lent aşağıdakı keçidlərdə (linkdə) mövcuddur: Şəkil və müraciətlər: http://www.guneyazerbaycankonqresi.com/b5.html Birbaşa video-lent: http://www.guneyazerbaycankonqresi.com/GAKDAKStockholm2402207.WMV

Əvvəlki məqalə: «Sənət qəzeti»nin baş redaktoru Samir Sədaqətoğluna qarşı qaldırılmış cinayət işinə Nəsimi məhkəməsində baxılacaq

Sonrakı məqalə: Talış Mədəniyyət Mərkəzinin sədr müavini Əli Nasir həbs olunub