Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı ötən həftə İsveçdə, Britaniya və Kanadada aksiyalar, tədbirlər keçirilib
XOCALI SOYQIRIMI İLƏ BAĞLI HÖTEBORQ, STOKHOLM, LONDON və KANADADA AKSİYALAR KEÇİRİLİB 2007-02-26 – 13:16:00
Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı ötən həftə İsveçdə, Britaniya və Kanadada aksiyalar, tədbirlər keçirilib.
HÖTEBORQ. Fevralın 25-də İsveçin Höteborq şəhərində fəaliyyət göstərən Azərbaycan Federasyonu İsveçin təşkilatçılığı ilə Brunnsparken meydanında keçirilən etiraz aksiyasına bir çox yerli siyasi və ictimai təşkilatların, dərnəklərin nümayəndələri, Höteborq Universitetində təhsil alan azərbaycanlı tələbələr qatılıblar.
Aksiya zamanı Xocalı faciəsinə həsr olunmuş informasiya xarakterli vərəqələr paylanıb, Azərbaycan, isveç və ingilis dillərində erməni terroruna etiraz şüarları səsləndirilib. Çıxış edənlər Azərbaycan hökumətinin Xocalı soyqırımına siyasi qiymət verməməsindən təəssüfləndiklərini dilə gətiriblər. Aksiyanin sonunda İsveç parlamentinə müraciət oxunub. Müraciətdə İsveç parlamenti Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə və soyqırımı rəsmən tanımağa çağırılır. Aksiya soyqırımı qurbanlarının atirəsinin bir dəqiqəlik sükütla yad etməklə başa çatıb.
(“Media Forum”)
Əvvəlki məqalə: Strasburqda Xocalı ildönümünə həsr edilmiş tədbir
Sonrakı məqalə: ANKARA, STRASBURQ və TORONTODA XOCALI AKSİYALARI