XOCALI SOYQİRİMİ GÜNEY AZƏRBAYCANDA DA ANILDI
Bu gün Ermənistanın Tehrandakı səfirliyi qarşısında 1000 – dən çox Güney Azərbaycan Milli hərəkatçılarının iştirakı ilə 26 fevral Xocalı soyqırımı ilə bağlı etiraz mitinqi keçirilib. Mitinqdə müxtəlif şüarlar səslənib: “Ölüm olsun daşnaka!”, “Qarabağ bizimdir, bizim olacaq!” “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!” , “Qarabağ azad olsun!”, “Qarabağda qan axır, dünya kənardan baxır!”. Lakin, Tehran şovinist rejimi Güney Azərbaycan milli hərəkatçılarının dinc etiraz mitinqinə qarşı güc tətbiq edərək, aksiyanı dağıtmağa çalışıb. Gözyaşardıcı qazdan istifadə edilib. Aldığımız məlumata görə, Güney Azərbaycan milli hərəkat fəallarından bir neçəsi, o cümlədən Əkbər Azad polis tərəfindən saxlanılıb. Güney Azərbaycanın müxtəlif şəhərlərində də 26 fevral Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilib. Təbriz, Urmu, Ərdəbildə Xocalı faciəsi haqqında CD və vərəqələr dağıdılıb.
Məlumatın ardı olacaq.
Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Azərbaycan üzrə Araşdırmalar və Mətbuat sorumlusu
Əvvəlki məqalə: Verme, dünyaları alsan da, bu cennet vatanı
Sonrakı məqalə: «Sənət qəzeti»nin baş redaktoru Samir Sədaqətoğluna qarşı qaldırılmış cinayət işinə Nəsimi məhkəməsində baxılacaq