RAMİL SƏFƏROVA ÇIXARILAN HÖKM QÜVVƏDƏ QALDI
Vəkillər Macarıstanın Ali Məhkəməsinə şikayət edəcəklər
Dünən Budapeşt Apellyasiya Məhkəməsi Ramil Səfərov barəsində çıxarılmış ömürlük həbs cəzasını qüvvədə saxlayıb. Məhkəmə prosesində iştirak edən vəkil İkram Hüseynov ANS-ə verdiyi açıqlamasında qərarı ədalətsiz hesab edib. Onun sözlərinə görə, işdə olan sübutlar hökmün dəyişdirilməsinə əsas verir. Buna görə də azərbaycanlı vəkillər Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildiriblər. Xatırladaq ki, erməni zabiti Qurgen Markaryanı qətlə yetirən R.Səfərov Budapeşt məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
MƏHƏBBƏT
(“Yeni Musavat”, 23.02.2007)
Əvvəlki məqalə: ƏLİ İNSANOVU SUSDURA BİLMƏDİLƏR: “Heç nədən və heç kimdən qorxmuram”
Sonrakı məqalə: ABŞ Azerbaycan erazisinde üç herbi baza inşa edir