Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Boss-Şelf”in fəhlələri ayağa qalxdı, razılaşmaya əməl edilməsə, aksiyalar davam edəcək

Mirzə Xəzər 23 Fev 2007

23 fevral 2007

Fevralın 22-də səhər saatlarında “Boss-Şelf” xarici neft şirkətinin 100-dən artıq əməkdaşı aksiya keçirib. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından “Olaylar”a bildiriblər ki, ABƏŞ-lə Dövlət Neft Şirkəti arasındakı razılaşmaya əsasən layihələrin tamamlanması səbəbindən ixtisara salınanlara 3 aylıq kompensasiya ödənilməli, hər il inflyasiyaya uyğun məvacibə əlavələr edilməlidir: “Yanvar ayında ”McDermott” şirkətindən çıxarılanlara 3 aylıq kompensasiya ödənilib. Eyni layihədə çalışan “Boss-Şelf” şirkətinin fəhlələri kompensasiya ilə bağlı xəbərdarlıq tətili keçiriblər. Lakin əlaqədar orqanların danışıqlarından sonra fəhlələrin tələblərinin yerinə yetiriləcəyinə dair razılaşma əldə edilib. Yanvarın 24-də şirkətin prezidenti Riçard Maki əmr imzalayıb. Sənəddə göstərilir ki, tərəflər arasındakı razılığa əsasən yerli işçilərin əmək haqqına 10 faiz əlavələr ediləcək, işçilərə 400 dollar məbləğində birdəfəlik ödəmələr veriləcək. Bu, fevralın 7-dək verilməli idi. 400 dollar 3 aylıq kompensasiya deyil, inflyasiyaya görə ödəmələrdir. Indiyədək şirkətdə ixtisara salınanlara kompensasiya verilməyib. Qeyd edək ki, bu gün də 10 nəfər ixtisara salınıb”. Təşkilatdan deyiblər ki, əsas problem BP ilə ARNDŞ arasındakı müqavilənin pozulmasından yaranıb. Buna görə də aksiya iştirakçıları kompensasiya ödənilməyənədək geri çəkilməyəcəklərini deyiblər: “Əcnəbi iş adamları yerli fəhlələrin hüquqlarını pozmaqda davam edirlər. Buna görə də xəbərdarlıq tətillərinin keçirilməsi təbiidir”.

(“Azadlıq” qəzeti)

Əvvəlki məqalə: «BACIOĞLU» LƏQƏBLİ HAKER ERMƏNİSTAN VƏKİLLƏR KOLLEGİYASININ və YEREVAN VƏKİLLƏR KOLLEGİYASININ SAYTLARINI DAĞITDI

Sonrakı məqalə: TƏBRİZDƏ FUTBOL OYUNUNDAN SONRA AZARKEŞLƏR MİLLİ ŞÜARLARLA YÜRÜŞ KEÇİRİBLƏR