«BACIOĞLU» LƏQƏBLİ HAKER ERMƏNİSTAN VƏKİLLƏR KOLLEGİYASININ və YEREVAN VƏKİLLƏR KOLLEGİYASININ SAYTLARINI DAĞITDI
2007-02-23 – 11:09:00
Bu gün «Bacıoğlu» ləqəbli haker Ermənistan Vəkillər Kollegiyasının (www.armenialawoffice.com) və Yerevan Vəkillər Kollegiyasının (www.yerevanlawoffice.com) internet səhifələrini dağıdıb. O, hər iki sayta Xocalı soyqırımını əks etdirən fotoşəkilləri yerləşdirib.
Şəkillərin yuxarısından «Bacıoğlu» rus dilində belə bir mətn yazıb: «Erməni faşistləri, terrorçular, onlar Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Onlar 1992-ci il fevralın 26-da Xocalıda azəbaycanlılara qarşı soyqırım törədiblər. Ermənilər, siz bütün bunlara görə cavab verəcəksiniz!!! Bunu sizə bacıoğlu deyir».
Xocalı şəkillərinin aşağısından isə «Bacıoğlu» Azərbaycan dilində müraciət yazıb. Azərbaycan xalqına üvanlanmış müraciətdə deyilir: «Ey böyük Azərbaycan xalqı! Mən «bacıoğlu»nun sizləri nə qədər sevdiyini bir Allah bilir. Sən böyük xalqsan, sənin sərəfli tarixin, keçmişin, bu günün və gələcəyin var. Tarix boyu səni min yerə parçalamaq istəyən, haqq səsini boğmaq istəyənlər tapılmış və indi də düsmənlərin az deyil. 100 illər boyu sənin malik olduğun müqəddəs torpaqlara göz dikən o mənfur düsmənlərə qarşı vuruşan igid oğlan və qızların olub və indi də var. Qoy azğın düsmən əldə etdiyi müvəqqəti «uğuru» ilə heç də öyünməsin. Ermənilər bir şeyi yadda saxlasın ki, Azərbaycanın Xətai, Babək, Koroğlu, Rəsulzadə və nəhayət, Heydər Əliyev kimi dahi sərkərdələri, dövlət xadimləri olub. İndi də onların davamçıları yetişməkdədir.
Mən də sıravi bir azərbaycanlı, eləcə də sizlərin bacıoğlu kimi tanıdığınız bir insan kimi ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri unutmur, hər gün intiqam hissi ilə yaşayıram. Vətən mənim ücün anadır, anamı sevdiyim qədər Vətəni, Vətəni sevdiyim qədər də anamı sevirəm. Odur ki, düşmənlərimizlə mübarizədə sona qədər varam.
Ey böyük xalqım, bilirsiniz ki, qarşıdan 26 fevral – Xocalı soyqırımı günü gəlir. Heç şübhəsiz ki, sizin bacıoğlu bu qisas mübarizəsində kənarda dayanmadı və qanlı tarixi günün bir anlıq da olsa qisasını almaq üçün gecələr yuxusuna haram qatdı, xalqının rütbəsiz əsgəri kimi səfərbər oldu. Möhkəm dayan mənim xalqım.
Səni sevən bacıoğlu 26 fevral günü – Xocalı soyqırımı günü Ermənistanın tanınmış saytlarını darmadağın etməyə hazırdır, sadəcə bir düyməni basmaq qalıb. Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı o dəhşətli kadrlara baxdıqca içimdə bir dəli vulkan püskürür, düsmənə nifrətim daha da artır və gözlərimə qan yığılır».
Sonda «Bacıoğlu» bildirir ki, o, 26 fevral günü azərbaycanlıları tək qoymayacaq, üstəlik, başqa sürprizləri ilə də həmvətənlərinin könlünü bir balaca da olsa, ovutmağa çalışacaq: «Xalqıma göstərməyə calışacam ki, bu ermənilər nə qədər zəif, cılız, murdar bir xalqdır».
Müraciətdən sonra «Meydan Bacıoğlunundur» və «Kimdir Bacıoğlu?» deyənlərə cavab…» adlı şeirlər yerləşdirilib.
Meydan Bacıoğlunundur
Xalq ilə görüşməyə üzü olan oğullar, Xalq ilə danışmağa sözü olan oğullar, Xalqın beyni, ürəyi, gözü olan oğullar, Meydan bizimdir bu gün!
Ocağa keşik çəkən, gül qoruyan kimsələr, Bəd nəfəsdən, yad gözdən el qoruyan kimsələr, Dillərin hücumundan dil qoruyan kimsələr, Meydan bizimdir bu gün!
Bu torpağın odunu yer üzünə yayanlar, Yurdun hər qarışını göz bəbəyi sayanlar, Məsləkdə Nəsimiyə, Babəkə oxşayanlar, Meydan bizimdir bu gün!
Nə bəxşişdir, nə paydır, nə hədiyyə, nə sovqat, Zəhmətin bahasıdır bizə verilən həyat. Qartal vətəndaşlarım, qeyrətlə çalın qanad, Meydan bizimdir bu gün!
Qanı təmiz, qəlbi saf, eşqi duru olanlar, Çöhrəsində, üzündə haqqın nuru olanlar, Canında el qeyrəti, dağ qüruru olanlar, Meydan bizimdir bu gün!
«Kimdir Bacıoğlu?» deyənlərə cavab
Seçməliyəm tükdən tükü, Ağırdı çiynimin yükü. Kök Heydər Əliyev kökü Mən onun bacıoğlusuyam.
Deməsinlər gəldi-gedər, Keçirmərəm ömrü hədər. Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam. Xalqımın bacıoğlusuyam!!!
Xatırladaq ki, «Bacıoğlu» ləqəbli haker yanvarın 29-da Ermənistanın beş saytını (www.tamanyan.org, www.homeopathy.am, www.photoblogs.am, www.openarmenia.ru, www.openarmenia.com) dağıtmış və hamısının ana səhifəsində Azərbaycanın dövlət gerbini, gerbin aşağısından isə rus və Azərbaycan dillərində müraciətlər yerləşdirmişdi. Bütün bunları özünü erməni, həm də Ermənistanın xüsusi xidmət orqanlarının təmsilçisi kimi təqdim edən hakerlərin yanvarın 22-də Azərbaycanın İctimai Televiziyasının saytını (www.itv.az) dağıtmasına və orda yerləşdirdikləri mətndə bir Azərbaycan hakerini hədələməsinə cavab olaraq etdiyini bildirən «Bacıoğlu»nun müraciətlərindən belə çıxırmış ki, ermənilər onu hədələyibmiş.
Yanvarın 30-da «Bacıoğlu» dağıtdığı həmin saytlarda yerləşdirdiyi materiallarda dəyişiklik etdi. O, rus və Azərbaycan dillərində yazdığı müraciətlərini çıxararaq yerində Xocalı soyqırımını əks etdirən fotoşəkillər, şəkillərin yuxarısından isə Azərbaycanın dövlət gerbini və ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini, Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini xatırladan, rus dilində yazılmış mətn yerləşdirdi.
Fevralın 5-də özünü Dağlıq Qarabağ erməniləri kimi təqdim edən hakerlər Azərbaycanın www.hayat.az saytını dağıtdılar.
Dağıdılmış bütün bu saytlar artıq fəaliyyətlərini bərpa ediblər.
Bir həftə əvvəl «Bacıoğlu» Azərbaycan KİV-inin elektron ünvanlarına müraciət göndərmişdi. Həmin müraciətin mətni hazırda www.armenialawoffice.com və www.yerevanlawoffice.com saytlarında Azərbaycan dilində yerləşdirilmiş müraciətin mətni ilə eynidir.
(“Media Forum”)
Əvvəlki məqalə: ZƏNCAN UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏR ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ AKSİYA KEÇİRİBLƏR
Sonrakı məqalə: “Boss-Şelf”in fəhlələri ayağa qalxdı, razılaşmaya əməl edilməsə, aksiyalar davam edəcək