Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İsveçdə Babək- Azərbaycan Kurslar Dərnəyinin 3-cü qurultayı keçirilib

Mirzə Xəzər 20 Fev 2007

BABƏK- AzƏrbaycan Kurslar DƏrnƏyinin 3-cü qurultayı keçirildi!

2007-02-18 bazar günü İsveçin YÖtenbori şəhərində yerləşən Azərbaycan Evində BABəK- Azərbaycan Kurslar Dərnəyinin 3-cü qurultayı keçirildi. İsveç Azərbaycanlıları Federasiyon Başqanı sayın M. R. Ağapurun da iştirak etdiyi qurultayda Babək və Azərbaycan Evinin bir illik fəaliyyəti haqda müzakirə olundu. Babək dərnəyinin illik fəaliyyət sahəsi bəlli oldu. Qurultay, keçmiş idarə heyətinin çalışmasını olumlu və üksək dəyərləndirdi. Qurultayın son bölümü yeni Yönətim Qurumunun seçilməsinə ayrıldı. Yeddi nəfərlik yeni Yönətim Qurulu aşağıdakı tərkib əsasında seçildi.

1. Başqan: Eldar Qaradağlı 2. Təbliğat: Arif Rəhimoğlu 3. Kurslar: Azər Heydərqızı 4. Katib: Cəvanşir Cəfərov 5. Tədarükat: Ülvi İldırımzadə 6. Maliyyə: Şəhla Mərdani 7. Kültür və Gənclik: Hüseyn Nəsiri

BABəK- Azərbaycan Kurslar Dərnəyi Yötebori – İsveç

Əvvəlki məqalə: ANA DİLİ GÜNÜ YAXINLAŞIR, ETTELAAT TƏBRİZDƏ, URMİYADA və QUMDA HƏBSLƏR APARIB

Sonrakı məqalə: Beynəlxalq Ana Dili Günü ərəfəsində İranın Qum şəhərində də əhali arasında ana dili həyəcanı yaşanmaqdadır