Beynəlxalq Ana Dili Günü ərəfəsində İranın Qum şəhərində də əhali arasında ana dili həyəcanı yaşanmaqdadır
QUMDA DİVARLARA ANA DİLİNDƏ ŞÜARLAR YAZAN AZƏRBAYCANLILAR ETTELAAT ƏMƏKDAŞLARINI BU ŞÜARLARI AXIRADƏK BOYAMAĞA QOYMAYIBLAR 2007-02-20 – 20:09:00
Beynəlxalq Ana Dili Günü ərəfəsində İranın Qum şəhərində də əhali arasında ana dili həyəcanı yaşanmaqdadır.
«Media forum» saytının məlumatına görə, Qumun azərbaycanlılar yaşayan, Şeyxabad adlanan hissəsində, demək olar, bütün divarlarda Azərbaycan türkcəsində ana dili ilə bağlı müxəif şüalar yazılıb. Fevralın 19-da ETTELAAT-ın Qum şəhər şöbəsinin əməkdaşları Şeyxabada gələrək həmin şüarların üstünü boyamağa başlayıblar. Bəzi hallarda onlar bu işi qutulardan boyanı topayla divarlara çırpmaqla həyata keçiriblər.
Şüraların boyanması azərbaycanlıların etirazına səbəb olub. Onlar «şüar yazmaq bizim haqqımızdır» kimi sözlərlə ETTELAAT-çıları dayandırmağa çalışıblar. Mübahisələr qızışıb, hətta müəyyən qədər qarşıdurma halını alıb. Azərbaycanlıların müqavimətini görən ETTELAAT əməkdaşları Şeyxabadı işlərini başa vurmamış tərk etmək məcburiyyətində qalıblar.
«Media forum»
Əvvəlki məqalə: İsveçdə Babək- Azərbaycan Kurslar Dərnəyinin 3-cü qurultayı keçirilib
Sonrakı məqalə: ZƏNCAN UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏR ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ AKSİYA KEÇİRİBLƏR