Güney Azərbaycanın tanınmış milli fəallarından olan Hamid Lütfi ETTELAAT-ın Ərdəbil idarəsinin məmurları tərəfindən tutulub
MİLLİ FƏAL HAMİD LÜTFİ ƏRDƏBİLDƏ HƏBS OLUNUB
2007-02-06 - 15:26:00
Yanvarın 31-də gecə saatlarında Güney Azərbaycanın tanınmış milli fəallarından olan Hamid Lütfi ETTELAAT-ın Ərdəbil idarəsinin məmurları tərəfindən tutulub.
H.Lütfinin harda saxlandığı indiyədək bəlli deyil.
«Media forum» saytının məlumatına görə, ETTELAAT məmurları H.Lütfinin yaşadığı evi mühasirəyə alaraq mənzilə basqın ediblər, onu döyüb əl-qolunu bağladıqdan sonra özləri ilə naməlum istiqamətə aparıblar. Lütfinin evindəki kompüter, disketlər və əlyazmaları da müsadirə olunub.
«Media forum»
Əvvəlki məqalə: Güney Azərbaycan Konqresi və Dünya Azərbaycanlıları Kongresi əməkdaşlığa başladılar
Sonrakı məqalə: ATA, BUNU SƏNƏ HEÇ VAXT BAĞIŞLAMAYACAM...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2668