Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Güney Azərbaycan Konqresi və Dünya Azərbaycanlıları Kongresi əməkdaşlığa başladılar

Mirzə Xəzər 06 Fev 2007

no comments

GAK ilə DAK
əməkdaşlığa başladılar



4 fevral 2007, bazar günü, İsveçin paytaxtı Stockholm şəhərində, Abdulla bəy Əmir Haşimi (Cavanşir)-in təmsil etdiyi Güney Azərbaycan Konqresi və Cavad bəy Derəxtinin təmsil etdiyi Dünya Azərbaycanlıları Konqresinin rəhbərlikləri arasında, konqreslərarası əməkdaşlıq mövzusunda görüş keçirildi. İclasda, bölgədə və Güney Azərbaycanda vəziyyətin bugünkü günlərdə hər vaxtdan daha artıq həssas olduğu, buna görə təşkilatların əməkdaşlığının zərurəti danışılaraq, təşkilatlararası əməkdaşlıq etmənin maneələri və onların səbəbləri mübahisə olunaraq, bu maneələrin aradan qaldırılma yollarını axtarıb-tapmaq üçün birgə görüşlərin baş tutması və təşkil edilməsi təkid edildi. İki təşkilatın rəhbərlərinin keçmişdə uzun müddət birgə təşkilatda yaxın fəaliyyət apardıqları üçün və arada olan etimada görə, əməkdaşlığın mümkün olduğu qeyd edildi. Bu görüşdə, əməkdaşlığın müəyyən sahələri də müzakirə olundu və birgə fəaliyyət üçün mövcud və əlverişli imkanları nəzərə alaraq, yaxın gələcəkdə əməkdaşlıq sazişinin imzalanması qərara alındı. İclas bitdikdən sonra, hər iki təşkilatın rəhbəri, Stockholmda yayımlanan Haray Radiosunun studiasında hazır olmuş və cari məsələlər barədə informasiya verərək, radio əməkdaşlarının suallarına cavabda hər iki konqresin mövqeini bildirmişlər.

Cavad Derəxti - Dünya Azərbaycanlıları Konqresi

Abdulla Əmir Haşimi (Cavanşir) - Güney Azərbaycan Konqresi
(www.guneyazerbaycankonqresi.com)

Əvvəlki məqalə: MAHMUDƏLİ ÇÖHRƏQANLI UNPO-nun İCLASINDA ÇIXIŞ EDİB

Sonrakı məqalə: Güney Azərbaycanın tanınmış milli fəallarından olan Hamid Lütfi ETTELAAT-ın Ərdəbil idarəsinin məmurları tərəfindən tutulub

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2669

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin