Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Avropa Parlamentinin üzvü Paulo Kasaka Abbas Lisani məsələsi ilə bağlı Barozoya müraciət edib

Mirzə Xəzər 06 Fev 2007

no comments

 

LİSANİ İLƏ BAĞLI AVROPA PARLAMENTİNİN ÜZVÜ AVROPA KOMİSSİYASI PREZİDENTİNƏ MÜRACİƏT EDİB

 

2007-02-07 - 11:15:00


Avropa Parlamentinin üzvü, Portuqaliya parlamentinin deputatı Paulo Kasaka Güney Azərbaycanın tanınmış milli fəalı Abbas Lisaninin məsələsi ilə bağlı Avropa Komissiyasının prezidenti Xose Manuel Barozoya müraciət edib. Azərbaycan Gənclər Federasyonu İsveçin sədri Nərgiz Nedainin «Media forum»a verdiyi məlumata görə, məktubda P.Kasaka hələ ötən ilin noyabrında A.Lisaninin məsələsini qaldırdığını, amma onun sorğusunun cavablandırılmadığını xatırladıb.

P.Kasaka A.Lisaninin hüquq müdafiəçisi və siyasi fəal olduğunu, hazırda Ərdəbil həbsxanasında saxlanıldığını qeyd edib. Deputat Avropa Komissiyasının prezidenti Xose Manuel Barozodan A.Lisaninin aclıq aksiyası keçiridiyini, onun ailəsinə təzyiqlər edildiyini nəzərə alaraq siyasi fəalın işinə daha diqqətlə yanaşmağı xahiş edib.

«Media forum

***********************


P.S. Məktubun əsli ilə Mirzə Xəzərin saytının ingilis dilində olan səhifəsində (www.en.mirzexezerinsesi.net) tanış olmaq mümkündür.


****************************************


Əvvəlki məqalə: ATA, BUNU SƏNƏ HEÇ VAXT BAĞIŞLAMAYACAM...

Sonrakı məqalə: Vidadi Aranlı: İqtisadiyyatı bərbad olan dövlətlərdə cinayətkarlıq da artır

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2670

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin