Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ATA, BUNU SƏNƏ HEÇ VAXT BAĞIŞLAMAYACAM...

Mirzə Xəzər 06 Fev 2007

no comments

Əziz ata, salam! Necəsən? Nə var, nə yox? Məndə hər şey həmişəki kimidir. Amma çox soyuqdur. Qış gəlib. Tezliklə qar yağacaq, soyuq daha da şiddətlənəcək. Tək olanda – soyuqu bərk hiss edirəm! Ayrılığımızın 11 ili tamam oldu. Mən sənə çox yazırdım. Sənsiz keçən həyatımı başa salırdım. Amma sən mənim məktublarımı almamısan. Bəlkə almısan, amma heç oxumamısan. Kim bilir, bəlkə məsləhət belə imiş. Ancaq, bilirəm ki, oxusaydın vicdan əzabi çəkərdin, narahat olardın. Men sənin oglunam ve her şeyi başa düşürəm: az_mapsənin üçün ağır olardı ve yəqin ki, xoşuna gəlməzdi. Ona gorə də çox vaxt susuram ve özümü ele aparıram ki, guya mən hər şeyə dözə bilirəm. Həqiqətən hər şey normaldır. Artiq –normaldır. Sən məni satandan sonra, mən onların dilində danişmağı öyrənmişəm. Indi mən təkcə onların dilində danışıram. İlk zamanlar çətin idi. Mənə deyirdilər ki, ana dilimizi unuda bilmərəm,çünki genetik əsası var dilimizin. Ancaq sən o dili amansız məhv edirdin, dağıdırdın.

 

Ata, sən istəyirdin ki, mən çoxlu dillərdə danişa bilim. Bu həqiqətdir. Bunu mən unutmaram. Sən o biri uşaqlarını da məcbur edirdin ki, kələ-kötür də olsa, muxtəlif dillərdə danışınlar. Qonaqların xətirinə dəymək istəmirdin. Mən təəccüblənirdim. Öz-özümə deyirdim ki, axı niyə qorxmalisan, qonaqlar yox? Niyə onlar ev yiyəsinin dilində danişmağı öyrənmirdilər? Eh…Bizdə həmişə her şey tərsinə olurdu! Mən isə hamıdan ibrət dərsi götürürdüm…Çalışırdım hamı ilə onların dilində danışım. Deyirdim ki, qoy inciməsinlər. Qoy deməsinlər ki, lovğalanıram.

 

Ata, xiffət çəkmə, men həmişə başa düşürdüm. Sən mənə “hamıdan qəşəngsən, sevimlisən, istedadlısan” demirdin. Ancaq buna baxmayaraq dərk edirdim ki, mənim ailədə xüsusi yerim var. İndi oturub fikirləşirəm ki, axı mənim nəyimə lazım idi bu gözəllik, bütün bu təriflər? Gözəlliyim başıma bəla oldu, ata! Ətrafdakıları qıcıqlandırırdı mənim gözəlliyim. Elə paxıllıq edirdilər ki, sanki dünyanın yarısını alt-üst etdi mənim gözəlliyim. Heç kəsə qalmadı, heç kimə nəsib olmadı. Ata, mənim gözəlliyimə bu da azdır! Hamımıza bu da azdır!

 

Bu 11 illik ayrılıq ərzində ariqlamışam, kobudlaşmışam. O vaxtkı mehribançılığımdan əsər-əlamət qalmayıb. Kim bilir, bəlkə bu hərbi ciddilik mənə daha çox yaraşır. Men indi kişiləşmişəm və kifirləşmişəm. Bu da əbəsdir, ata! Heç bilmirəm nəyimə lazımdır bunlar: kimi mən qorxuda bilərəm belə kişiliklə? Səni? Ata, birlikdə olduğumuz günlər üçün darıxıram… Biz ayrılandan sonra, mən hər gecə müxtəlif yuxular görurəm. Yuxuda biz bir yerdəyik. Doğma dilimizdə danışırıq. Yuxuda mən çox sevincliyəm, yaraşıqlıyam, yaralarımın, işgəncə yaralarının yeri bilinmir. Ata, yuxuda mən mahnı oxuyuram, səsimin əks-sədası ruhumu oyadır!

 

Bilirsən, ata, mən sənə demək istəmirdim, amma indi mənim adımı dəyişiblər. Bagişla, amma mənə öz adlarını veriblər. Indi mənim adım A… ilə başlayır. Yox, yox ardini yazmayacam. Senin xoşuna gəlməz. Sənin kefini pozmaq istəmirəm. Sənin başın vacib işlərə qarışıb, səni vacib işlərdən ayırmaq istəmirəm. Ümumiyyətlə, ola bilsin sənə yazdığım məktub – böyük bir səhvdir! Nahaq yere bunu sənə yazdım – səni vacib işlərdən ayırdım. Amma, inan, ürəyim bulanir! Ətrafda bircə dənə də olsun doğma adam yoxdur. Hər tərəfdə onlardır… Çalışırlar mənim ruhumu dəyişsinlər, özlərinə oxşatmaq istəyirlər. Ata, mənim muqavimət gostərməyə taqətim qalmayıb. Mən susuram ve bütün təhqirlərə, rəzilliklərə dözürəm. Mən öz halıma öyrəşmişəm və manqurta çevrilirəm. Bilirsən ata, 11 il köklərimi qırıb atmağa kifayət deyil! Lakin bu köklerin üstündə yeni nəsil törətməyə 11 il yetər. Ola bilsin, biz nə vaxtsa görüşdük, amma o vaxt sen meni artıq tanımayacaqsan. Hərcmərclik ve mənə edilən haqsızlıq mənim şüurumda dərin və silinməz iz buraxıb. Bax bunu mən sənə, ata, heç vaxt bağışlamayacam!

 

P.S. Axmaq suala görə üzr istəyirəm, ata: bəs sən məni qaytarmaq istəmirsən?

 

İmza: Sənin oğlun: Qarabağ

*********************************

Məktub ruscadan tərcümə olunub.

 

Məktubun müəllifi: Günel Anarqızıdır

P.S. Günel Anarqızının "Mektubu" Şuşanın işğalının 11-ci ildönümündə yazılıb. 2004-cü ilin aprel ayında ilk dəfə saytımızda həm rusca, həm də tərcümədə Azərbaycan dilində çap olunub.

Əvvəlki məqalə: Güney Azərbaycanın tanınmış milli fəallarından olan Hamid Lütfi ETTELAAT-ın Ərdəbil idarəsinin məmurları tərəfindən tutulub

Sonrakı məqalə: Avropa Parlamentinin üzvü Paulo Kasaka Abbas Lisani məsələsi ilə bağlı Barozoya müraciət edib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2672

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin