Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

MAHMUDƏLİ ÇÖHRƏQANLI UNPO-nun İCLASINDA ÇIXIŞ EDİB

Mirzə Xəzər 04 Fev 2007

no comments


2007-02-05 - 10:44:00

UNPO


Güney Azərbaycan türkləri UNPO (Birləşmiş Millətlər Təşkilatında Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı) tərəfindən rəsmən tanındıqdan sonra Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı UNPO-nun üzvləri qarşısında çıxış edib.

GAMOH-un Bakı bürosundan «Turan»a verilən məlumata görə, öz çıxışında M.Çöhrəqanlı güney azərbaycanlılarının «dövlətsiz xalq» kimi tanınmasına və UNPO üzvləri sırasına qəbul olunmasına görə təşkilata öz minnətdarlığını bildirib. M.Çöhrəqanlı Güney Azərbaycanın tarixi, Azərbaycanın 19-cu əsrin əvvəlində Rusiya-İran müharibəsi nəticəsində iki yerə bölünməsi barədə məlumat verib. M.Çöhrqəanlı SSRİ dağıldıqdan sonra şimali Azərbaycanın müstəqillik əldə etdiyini və hazırda BMT-nin və Avropa Şurasının üzvü olduğun, ölkənin cənub hissəsinin isə İranın tərkibində qaldığını deyib.

M.Çöhrəqanlının sözlərinə görə, İranın 7 əyalətində yaşayan azərbaycanlıların sayı qaşqaylar və türkmənlərlə birlikdə 35 milyon təşkil edir, bu isə İranın əhalisinin yarısından çoxu deməkdir. Bununla belə, onlar siyasi, sosial, iqtisadi və mədəni ayrı-seçkiliyə məruz qalırlar. Çıxışında GAMOH lideri qeyd edib ki, 1925-ci ildən İran rejimi azərbaycanlılara qarşı yüz minlərlə insanın qurbanı olduğu sistemli etnik və mədəni təmizləmə siyasəti həyata keçirir. Ən geniş miqyaslı qırğın 100 minə yaxın azərbaycanlının qətlə yetirildiyi 1946-cı ildə, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra baş verib. «İrandakı azərbaycanlıların milli hərəkatının indiki mərhələsi 1995-ci ildə, hakimiyyət Təbriz üzrə parlament seçkilərinin nəticələrini saxtalaşdırdıqdan və 600 min seçicinin verdiyi deputat mandatını məndən aldıqdan sonra başlayıb» deyə M.Çöhrəqanlı bildirib.

«Mənim hakimiyyətlə əməkdaşlıqdan imtina etdiyim üçnü həbs edildim. Azərbaycanlıların hüquqlarını müdafiə etmək niyyətindən və əqidəmdəm imtina etməyim üçün mənə böyük təzyiqlər və işgəncələr edildi» deyə M.Çöhrəqanlı qeyd edib. M.Çöhrəqanlı qeyd edib ki, GAMOH-un indiki mübarizəsi güney azərbaycanlıların öz müqəddaratını təyin etmə, sosial və mədəni hüquqlarının təmin edilməsinə yönəlib. «Bu ya müstəqil dövlət, ya da konfederasiya şəklində ola bilər. Belə olacağı təqdirdə İranın qanunvericiliyinə müvafiq dəyişikliklər edilməlidir. GAMOH hesab edir ki, istənilən dəyişikliklər dinc yolla əldə olunmalıdır». Yekunda M.Çöhrəqanlı beynəlxalq ictimaiyyəti güney azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsinə verməyə çağırıb.

Qeyd edək ki, M.Çöhrəqanlı həmçinin Avropa Parlamentinin bir sıra rəsmiləri, o cümlədən parlamentin İran üzrə məruzəçisi Paolo Kuluko ilə görüşüb. P.Kuluko ilə görüşdə Güney Azərbaycanda siyasi məhbusların, o cümlədən hazırda həbsdə olan Abbas Lisani və digər məhkumların ağır şəraitdə saxlanmaları müzakirə edilib.


("Media Forum")

Əvvəlki məqalə: ALMANİYANIN RƏSMİ QƏZETİ NEFT PULLARININ AZƏRBAYCANDA KORRUPSİYALAŞMIŞ REJİMİ MÖHKƏMLƏNDİRDİYİNİ YAZIB

Sonrakı məqalə: Güney Azərbaycan Konqresi və Dünya Azərbaycanlıları Kongresi əməkdaşlığa başladılar

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2667

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin