ALMANİYANIN RƏSMİ QƏZETİ NEFT PULLARININ AZƏRBAYCANDA KORRUPSİYALAŞMIŞ REJİMİ MÖHKƏMLƏNDİRDİYİNİ YAZIB
2007-02-05 - 10:47:00
Almaniya parlamenti - Bundestaqın «Das-Parlament» qəzeti Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri ərəfəsində tənqidi material dərc edib. «Turan»ın məlumatına görə, məqalə «Rəqəmlərin möcüzəsi» adlanır və Azərbaycandakı siyasi və iqtisadi vəziyyətə həsr olunub.
«Neftdən gələn pullar sadəcə avtoritar prezident İlham Əliyevin hakimiyyətini möhkəmlədir. Əgər neftin qiyməti hətta bir barrelə 45 dollar səviyyəsində qalsa belə, Azərbaycan 2030-cu ilə 160 milyard dollar qazanacaq. Əhalisinin 40 faizi hələ də ayda 40 dollardan az vəsaitlə dolanan ölkə üçün bu olduqca böyük məbləğdir. Rəqəmlər - prezident Əliyevin dostlarını inandırdığı, düşmənlərini isə hədələdiyi ən mühüm siyasi alətidir» deyə məqalə müəllifi Tobias Asmut yazır.
T.Asmut Azərbaycanın Əliyevlər ailəsi tərəfindən zəbt olunduğunu yazıb. «Güc strukturları və neftdən gələn pullar Əliyevlər rejiminin əsas dayağıdır. Heydər Əliyev 2003-cü ildə öldükdən sonra, prezident vəzifəsini onun oğlu tutub. Həmin vaxtdan hökumət Əliyevlər sülaləsi haqqında mif yaradır. Bütün ölkə ərazisinə ata və oğul Əliyevlərin Azərbaycanın gələcəyi barədə ciddi söhbətini əks etdirən reklam plakatları vurulub. Mənası belədir: Müasir Azərbaycanın banisi ölkənin taleyinə məsuliyyəti özünün sadiq oğluna təhvil verib. Əliyevlərin kultu - köhnə sovet təbliğatıdır, lakin qırmızı ulduzsuz. Xülasə, hakimiyyət köhnə məktəbin üsullarından istifadə edir. Müxalifətçi siyasətçilər dinlənilir, onları hədələyirlər və həbs edirlər».
Müəllif Azərbaycanı Nigeriya ilə də müqayisə edib: «Diktatorun hakimiyyəti təbii ehtiyatların hesabına güclənir. Hakim rejim maliyyə axınına nəzarət edir, öz xidmətçilərini saxlayır və gəlirlərin ədalətli bölünməsində maraqlı deyil. Beləliklə də neft ölkənin inkişafını ləngidə bilər. Məsələn, Nigeriyadakı kimi. Azərbaycan dünyanın ən korrupsiyalaşmış 145 ölkəsi arasında 140-cı yerdədir. Yalnız Haiti, Banqladeş, Çad, Mianmar və Nigeriya daha çox korrupsiyalaşıblar».
("Media Forum")
Əvvəlki məqalə: Humay Süleymanlı: Kotanınız mübarək!
Sonrakı məqalə: MAHMUDƏLİ ÇÖHRƏQANLI UNPO-nun İCLASINDA ÇIXIŞ EDİB
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2666