«Sağlam Düşüncə Gənclər Təşkilatı»: Bir mədəniyyətə ikinci nəfəs
Press-reliss
«Meyxana mədəniyyəti bizim ədəbi-tarixi irsimizin buludlar arxasında parlayan uduzudur. Sənət səmasını aydın etməksə bizlərin borcudur..»
Namiq Məna (Əliyev)
Biz «Sağlam Düşüncə Gənclər Təşkilatı» Ictimai Birliyi Azərbaycanda sayılıb-seçilən meyxana şairi Namiq Mənanın köməyi ilə «Ədəbi-mədəni irsimizin nümunəsi olan meyxana janrının Azərbaycan mədəniyyətindəki rolunun qiymətləndirilməsi və inkişaf etdirilməsi” layihəsi çərçivəsində ilk dəfə Azərbaycanın müxtəlif ərazilərində yaşayan və meyxana janrını inkişaf etdirən şairlər haqqında məlumatları özündə əks etdirəcək “Meyxanaçılar bazası”nın yaradılması tədbirini həyata keçiririk.
Məqsədimiz Azərbaycan folklorunun ən qədim incilərindən biri olan meyxana mədəni irsini həm bir mədəniyyət kimi inkişaf etdirmək, həm də bu irsin cəmiyyətdə mövqeyini möhkəmləndirməkdir.
Hazırkı tədbir əsas məqsədə çatmaq üçün ilkin addımdır və onun köməkliyi ilə biz “Meyxanaçılar bazası”nda yer tapacaq meyxanaçıları gələn layihələrin tədbirlərinə cəlb edəcəyik. Beləki gələcək layihələr çərçivəsində cəlb olunacaq meyxanaçıların bilik və bacarıqları artırılacaq və onlar meyxana mədəniyyətinin, meyxana irsinin daşıyıcılarına çevriləcəklər.
Bu layihənin meydana gəlmə səbəbi cəmiyyətdə meyxana irsinə olan biganəlikdir. Beləki, meyxana sadəcə zərb alətinin ritmi altında bədahətən şer demək deyil. O şairlərin və onların qismində düşüncə və mədəniyyətlərin bir-biri ilə ünsiyyəti, diskusiyası və debatıdır. Bu mədəni irs özündə Azərbaycan ədəbiyyat və debat mədəniyyətini birləşdirir. Lakin 70 il davam etmiş totalitar Sovet reğiminin bizim mədəniyyətimizə olan mənfi təsiri meyxana irsindən də yan keçməmişdir. Onun təsiri nəticəsində meyxana öz ilkin formasından,
öz mədəni irs daşıyıcılığından çox kənarlaşmışdır.
Hazırda müstəqillik əldə etdiyimiz bu dövr ərzində muğam, aşıq sənəti kimi mədəni irslərə dövlət səviyyəsində nəzər yetirilsədə meyxana sənəti hələ də biganəliyin qurbanıdır. Bu biganəlik isə təkcə hansısa bir sənətə deyil, bütöv Azərbaycan tarixinə olan biganəlik kimi qiymətləndirilməlidir.
Bizim hər birimizin borcu isə tariximizi və onun mədəni irsini yaşatmaq, yaymaq və gələcək nəsillərə ötürməkdir.
BU BIZIM TARIXIMIZDIR!!!
Tədbir təşkilatın daxili imkanları və meyxana ustası Namiq Mənanın birbaşa mənəvi dəstəyi hesabına keçiriləcək. Məlumatlar Təşkilatın Sumqayıt şəhərində yerləşən baş ofisində toplanacaq və sonda «Meyxana Bazası» haqqında ictimaiyyətə məlumat veriləcək.
Sizlərdən xahiş edirik ki, bu layihə barədə məlumatı tanıdığınız meyxana şairlərinə də çatdırmaqla Azərbaycanın bütün bölgələrində yaşayan və fəaliyyət göstərən meyxana ustaları barədə dolğun informasiya toplanmasına köməyinizi əsirgəməyəsiniz. Meyxana şairləri haqqında məlumatları əlavə olunmuş ANKET formasına uyğun toplayıb 01.04.2007-ci il tarixinədək e-maillə və ya təşkilatın poçt ünvanına göndərə bilərsiniz. (Anket forması əlavə olunur).
Əlaqələndirici şəxs:
SDGT-nın sədr müavini: Zahid Adıgözəlov
Tel: (055) 793 24 86 E-mail: adigozalzade@gmail.com, adigozelov@gmail.com
Layihənin eksperti: Namiq Məna (Əliyev)
Tel: (050) 3111218
________________________________________________________________
P.S. Anketi alıb doldurmaq istəyənlər yuxarıdakı ünvanlara müraciət edə bilərlər. (MXS)
Əvvəlki məqalə: «AZADLIQ» BLOKU QİYMƏTLƏRİN QALDIRILMASINA ETİRAZ OLARAQ BAKIDA PİKET KEÇİRDİ
Sonrakı məqalə: Aclığını Durdur, Millətimiz Sağlığını İstəyir!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2626