Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Filmin qəhrəmanı Mirzə Xəzərdir...

Mirzə Xəzər 25 Yan 2007

no comments

Ötən gün Kinematoqrafçılar İttifaqında "Avtoritet" sənədli filminə ictimai baxış keçirildi. Əmir Pəhləvanın öz ssenarisi əsasında ekranlaşdırdığı bu filmin qəhrəmanı "Azadlıq" radiostansiyasından yaxşı tanıdığınız Mirzə

IMG_0013

Xəzərdir.


Xatırladaq ki, sözügedən film "Azadlıq" radiostansiyası ilə bilavasitə bağlılığı olan ilk ekran əsəridir. "Azadlıq" radiostansiyasi dünyanın ən müxtəlif yerlərində yayımlansa da, onun haqqında indiyə qədər bir ekran əsəri yaranmayıb. "Avtoritet" filminin özünə gəlincə, 40 dəqiqəlik ekran əsərində maraqlı rejissor yozumu nəzərə çarpır. Mirzə Xəzərin həyat və yaradıcılıq yolunu işıqlandıran filmdə dövrün ictimai-siyasi həyatına dair də ştrixlər var. Onun radio dinləmələri fonunda sözügedən mövzunu əks etdirən kadrlar ekranda görünür. Filmin əsas hissəsi Praqada, hazırda Mirzə Xəzərin yaşadığı şəhərdə çəkilib. Bu haqda mə`lumat verən Əmir Pəhləvan bildirdi ki, filmin əsas hissəsini əhatə edən Praqa çəkilişləri zamanı bir sıra problemlərlə qarşılaşıblar. Təbii ki, ən ciddi problemsə, "Azadlıq" radiostansiyasının özündə çəkiliş aparmaq üçün icazə almaq olub. Üç gün aparılan danışıqlar nəticəsində filmi ekranlaşdırmağa şərait yaradıblar. Filmin adına gəlincə, onun səbəbkarı Opera və Balet Teatrının solisti Azər Zeynalovdur. Ramiz Rövşən, Şirməmməd Hüseynov, Flora Kərimova və başqaları ilə yanaşı Mirzə Xəzər haqqında təəssüratını bölüşən Azər Zeynalovun "Avtoriteti qəbul eləməsəm də, bu haqda söz gedəndə nədənsə, yadıma Mirzə Xəzər düşür. O, avtoritetdi", - çıxışı filmin adını müəyyənləşdirib.


("Bizim əsr" qəzeti, 2001)

P.S. "Avtoritet" filmi 2001-ci ildə çəkilib. Azərbaycanda mavi ekranlara çıxmasına imkan verilməyib.

Əvvəlki məqalə: İranda güneyli siyasi fəallara qarşı təzyiqlər güclənir

Sonrakı məqalə: «AZADLIQ» BLOKUNUN PİKETİNDƏ TUTULAN və XƏSARƏT ALANLARIN SİYAHISI

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2627

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin