Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günüdür
M.Ə.Rəsulzadə anılacaq
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günüdür. AKXCP böyük öndərin doğum günü ilə bağlı tədbirlər hazırlayır. Partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublunun “OLAYLAR”a verdiyi məlumata görə, həmin gün partiya fəalları Məmməd Əminin doğulduğu Novxanı kəndində ucaldılmış heykəli önündə toplaşacaq. Abidə önündə anım mitinqindən sonra cəbhəçilər Rəsulzadənin kənd qəbiristanlığında dəfn olunmuş doğmalarının məzarını ziyarət edəcəklər.
("Olazlar" agentliyi)
Əvvəlki məqalə: Yüzdən çox iranlı mühacir Tehranda keçirilmiş Xolokost konfransını tənqid edən bəyanat yayıb
Sonrakı məqalə: Amnesty International: “Azərbaycanda jurnalistlər ölüm hədələri altında yaşayır”
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2621
